18:34 10 Dekabr 2016
Canlı yayım
İŞİD dinarı

İŞİD-in yeni pulu dünya valyuta sistemini kökündən dəyişdirəcək

© Flickr/
TƏHLİL
Qısa URL
148 0 0

İqtisadçı Fuad Əlizadə: İŞİD terrorçu təşkilatının qızıl pul buraxmaq qərarı dünyada qızılın qiymətini qaldıracaq və ümumdünya valyuta sisteminin dəyişməsinə vəsilə olacaq.

BAKI, 25 iyun – Sputnik. İŞİD terrorçu təşkilatının qızıl pul buraxmaq qərarı dünyada qızılın qiymətini qaldıracaq və ümumdünya valyuta sisteminin dəyişməsinə vəsilə olacaq. 

Bu barədə Sputnik-ə açıqlamasında iqtisadçı Fuad Əlizadə bəyan edib.

İŞİD terrorist təşkilatı öz valyutasını hazırlayıb və yaxın zamanlarda dövriyyəyə buraxmaq niyyətindədir. İŞİD-in yeni valyutası dinar olacaq və 1 qızıl dinarın dollara olan ekvivalenti 139 ABŞ dolları dəyərində olacaq.

Artıq İŞİD-in valyutasının fotoları sosial şəbəkələrdə yayılıb. İŞİD dinarının bir üzündə ərəb dilində yazı, digər üzündə isə dünya xəritəsinin rəsmi var. Dinar monetanın üzərində eyni zamanda yeddi buğda sünbülünün rəmzi qeyd olunub. İŞİD-in valyutasının yaxın zamanlarda dövriyyəyə biraxılması gözlənilir.

Son 5 ili götürsək, qızılın qiyməti ən aşağı səviyyədədir. 2011-ci il sentyabrın 6-da qzılın qiyməti bir unsiyaya görə 1920 dollara bərabər olub. 

Bloomberg-in məlumatına görə, dünən Nyu-Yorkun Comex birjasında bir unsiya qızılın qiyməti 1177,3 dollaradək düşüb. 

"İŞİD-in qızıl pul buraxması hazırkı ABŞ tərəfindən yaradılan dünya valyuta sistemini məhv etməyə hazır olan "üçüncü qüvvə"nin mövcudluğundan və getdikcə güclənməsindən xəbər verir. Ərəb ölkələrinin qızıl dinar buraxmaq vasitəsi ilə dolların ağalığından qurtarmaq üçün etdikləri sonuncu cəhd Liviya lideri Müəmmər Qəddafinin qətli ilə sonuclanıb. İŞİD rəhbərliyinin qızıl dinar buraxmaq qərarı ABŞ-ın bu təşkilatı məhv etmək əzmini artıracaq", deyə Əlizadə bildirib.

Onun sözlərinə görə, İŞİD-in qərarı həmçinin dünyada qızıla olan tələbatı və "sarı metal"ın qiymətlərinin artıracaq.

Ekspert əlavə edib ki, İŞİD-in nəzarət etdiyi ərazidə dünyanın müxtəlif ölkələrindən oğurlanmış qızıllar izsiz-tozsuz itərək sonradan qızıl dinara çevrilə bilərlər.

"İŞİD-in ərazisində qızıl dinarın peyda olması Yaxın Şərq və Afrika ölkələrində kağız pullardan imtina üçün başlanğıc ola bilər. İŞİD valyutasının bölgənin işgüzar dairələri tərəfindən tanınması üçün onun dəyəri əsas rol oynayacaq. Biznesmenləri bu dinarların xilafət terrorçularu tərəfindən buraxılması çox da narahat etməyəcək", deyə Əlizadə bildirib.

İqtisadçı hesab edir ki, orta və kiçik biznesin nümayəndələri üçün qızıl və gümüş kisələr dövrünün qayıtması tamamilə yaradılan orta əsr dövləti — xilafət konsepsiyasına uyğundur.

Onun fikrincə, ABŞ üçün qızılın rolunun artması böyük sarsıntılara səbəb ola bilər. Çünki İŞİD-çilər satdıqları neftə görə ödənişin əsasən Amerika dollarında deyil, qızılda həyata keçirilməsini tələb edəcəklər.

Bir unsiya qızılın qiymət artımı: 1792-ci ildə — 19,3 dollar, 1934-cü il — 35 dollar, 1973-cü il — 42,22 dollar, 1980-ci il — 850 dollar. 2008-ci ilin martında bir unsiya qızılın qiyməti 1000 dollar həddini keçib.

Əlaqədar

İŞİD öz valyutasını buraxmağa başlayır
Teqlər:
birja, unsiya, yeni pul, qızıl dinar, Pul buraxılışı, İŞİD, Müəmmər Qəddafi, Fuad Əlizadə, Afrika, Yaxın Şərq, ABŞ, Liviya, Nyu-York

Əsas mövzular