21:21 09 Dekabr 2016
Canlı yayım
Bilderberq klubu

Bilderberq klubu: dünya hakimiyyətinin sirləri

© Flickr/
TƏHLİL
Qısa URL
38710

Harri Kasparov və Rusiyanın sabiq xarici işlər naziri İqor İvanov da klubun Avstriya toplantısına dəvət edilib.

BAKI, 12 iyun – Sputnik. Doğrudanmı, bütün dünyanı Rotşild və Rokfeller idarə edir? Bilderberq klubunun iclaslarına toplaşan adamlar nə işlə məşğul olurlar?

Sputnik xəbər verir ki, Rusiyalı şərhçi Anastasiya Melnikovanın RİA Novosti-də yayınlanan məqaləsində Bilderberq klubu və dünyanın idarə olunmasında öz rolunu oynayan beyin mərkəzlərindən bəhs edilir.   

Məqalədə deyilir: 

“Sirli klub, kölgə rəhbərlər, dünya hakimiyyəti — bütün bunlar qapalı iclasları iyunun 11-də Avstriya Alpında başlanan Bilderberq klubu haqqındadır.

Bu ictimaiyyət dünyanın ən güclü, planetin ən nüfuzlu və ən zəngin insanlarıdır. Özünün 60-illik tarixindən artıq bir dövrdə mətbuata klubun iclaslarında nə baş verdiyi, kimin nə danışdığı haqda bir dənə də olsun məlumat düşməyib. 

Əgər hansısa jurnalist araşdırmalarının nəticələri mətbuata sizsa, onu heç kəs təsdiq və ya təkzib etməyə tələsmir. Həddindən artıq sirr beynəlxalq siyasi teatrın qapalı pərdəsi arxasında qalır. Dünya elitasına mənsubiyyətin rəsmi təsdiqi istənilən siyasətçi, maliyyəçi, hətta ictimai xadimə xoş gəlir, hətta söhbət sadəcə bəzi qeyri-formal görüşlərdə statist formasında iştirakdan getsə belə.

İzolyasiyadakı dünya elitası

Bilderberq klubunun növbəti konfransı 11-14 iyun tarixləri arasında Avstriyanın dəbdəbəli Interalpen otelində (həmin günlər oteldəki bütün yerlər tutulur) keçirilir. 22 ölkədən 140-a yaxın adam kurort yeri olan Telfs-Buhenə dəvət alıb. Ətraf qeyri-adi gözəlliyə malik landşaft, qolf sahəsidir. Tirol mehmanxanasında isə hər şey necə lazımdırsa elədir: zərif interyer, dəbdəbəli SPA, yangülvari qəlyanaltıların artıqlamasıyla olduğu yüksək səviyyəli  mətbəx, dünya elitasının layiqli istirahəti üçün daha nələr yoxdur. Konfransın keçirildiyi vaxt otel tamamilə boşaldılır, onu Avstriyanın polis qüvvələri və özəl mühafizə xidmətləri tam heyətdə qoruyur. Çünki istirahət gününə etiraz aksiyaları təyin olunub. İndi antiqlobalistlər öz nifrət ünvanlarına daha yaxındırlar: Bilderberq klubunun iclasının keçirilmə vaxtı və yeri, hətta dəvət olunanların adlarına qədər məlumdur. 

Onların arasında dövlət başçıları və nazirlər, transmilli korporasiyaların və KİV-lərin rəhbərləri, maliyyəçilər, bankirlər, ictimai xadimlər var. Görüşə 2013-cü ildən Fransada mühacir kimi yaşayan rusiyalı alim, iqtisad elmləri doktoru Sergey Quriyev də dəvət edilib. 

Uzun müddətdir ki, müzakirə ediləcək hadisələr ətrafındakı diskussiyalara ayrı-ayrı ölkələrdən politoloqları, alimləri və biznesmenləri dəvət etmək təcrübəsi var. Məlumdur ki, müxtəlif illərdə Rusiyadan həmin iclaslarda Anatoli Çubays və Qriqori Yavlinski də iştirak edib. Dünyanın pərdəarxası mövzuları barədə ən çox və cəzbedici informasiyalara malik olan adamlardan biri — Vladimir Jirinovski,  əmindir ki, Bilderberq klubuna Harri Kasparov və Rusiyanın sabiq xarici işlər naziri İqor İvanov da dəvət edilib. 

Dünya hakimiyyəti ətrafındakı miflər

Bilderberq klubunun təşkil olunması çətin ki, dünya hakimiyyətini formalaşdırmaq məqsədilə əlaqədardır. Nüfuzlu insanlar qrupu ABŞ və NATO-nun maraqlarının lobbiçiliyi, Qərb sivilizasiyası üçün vacib olan məsələləri qapalı rejimdə müzakirə etməyi vacib sayırdı (50-ci illərdən başlayaraq ilk növbədə kommunizmlə mübarizəni və sonra “soyuq müharibə”ni).  

İdeologiya yeni dəvətləri reallaşdırmağı tələb edir. Onların tərkibi ildən ilə dəyişir. “Onurğa” qrupu isə sabit qalır. 

Klubun ilk torlantısı Hollandiyanın “Bilderberq” otelində olub (qrup adını da buradan götürüb). Burada Niderlandın kral sarayının dəvətilə 12 ölkədən 70 nəfər iştirak edib. 

Hazırda Bilderberq görüşlərində ildə 130 nəfərdən çox adam, o cümlədən, klubun daimi üzvləri iştirak edir. Məlumdur ki, onların arasında Roffeller, Rotşild sülalələrinin nümayəndələri, Avropa ölkələrinin bir sıra sabiq və hazırkı baş nazirləri, xüsusilə Böyük Britaniya, İspaniya, Niderland monarxiyalarının təmsilçiləri, Dünya Bankının keçmiş prezidentləri və meqakorporasiyaların rəhbərləri də var. Tez-tez NATO generalları, ABŞ prezidentləri və dövlət katibləri də gəlir. 

Belə şayiələr gəzir ki, 2008-ci ildə ABŞ-dakı prezident seçikilərilə bağlı kampaniya dövründə məhz Bilderberq klubundakı görüşdə Barak Obama ilə Hillari Klinton biryerdə işləmək barədə razılığa gəliblər. 

Riçard Niksonun (1978) və Marqaret Tetçerin (1990) istefaları, Yuqoslaviya münaqişəsinə müdaxilənin planlaşdırılması və ABŞ-ın İraqla qarşıdurması da (hansı ki, “Bilderberq qocaları”nın təzyiqi ilə bir il ertələnmişdi) klubun adına yazılır. 

Güclülərin oyunu

Bilderberq klubu ilə yanaşı yeni dünya düzəninin qurulmasında “Komitet-300”, “Beynəlxalq əlaqələr Şurası”, “Üçtərəfli komissiya”, Roma klubu, Alman Marşall Fondu kimi təşkilatlar da iştirak edir. Hərdən Yel klubu olan “Kəllə və sümüklər”,  hətta Bohemiya klubu. Bu cəmiyyətlərin üzvləri də təqribən eyni adamlardır. 

Bu klubların real və mifik dəbdəbəli fasadlarında hansısa arzular, fantaziyalar və əlbəttə ki, hakimiyyətə və pula susamaq gizlənib. 

Bütün bunlar nəticədə hansısa sirli üsullarla qəribə siyasi göyərtələrdə, yaxud da oyuncaq evlərdə gizlədilir.  

Bilderberq klubu və digər o tipli təşkilatlar haqqında yazılanların və çəkilənlərin çoxuna etibar etməyə dəymir. Heç kəs bilmir ki, əvvəl-axır orada nə baş verir. Kimsə bu və ya digər siyasi proseslərin gerçəkliklərini izah edə və gələcək dünya düzənini proqnozlaşdıra bilmir.

İstənilən oyunda güclü oyunçuların hərəkətlərini proqnozlaşdırmaq olmur. Rişxəndlə gülümsəyən coker bütüb kartları aça bilər.” 

Əsas mövzular