14:34 07 Dekabr 2016
Canlı yayım
Муса Гасымлы, политолог

Türkiyəni qarşıdakı yaxın dönəmdə böyük sınaqlar gözləyir

© AZƏRTAC.
TƏHLİL
Qısa URL
25 0 0

AMEA-nın Dünya Siyasəti İnstitutunun direktoru, millət vəkili Musa Qasımlı Türkiyədəki seçkilərin nəticələrini Sputnik-ə şərh edib

BAKI, 8 iyun — Sputnik. Türkiyə həmişə bir partiyanın qurduğu hökumətlər zamanında inkişaf edib, ölkədə sabitlik olub, dövlətin mövqeyi  güclü olub.

Bunu Sputnik-ə açıqlamasında AMEA Dünya Siyasəti İnstitutunun direktoru, millət vəkili, professor Musa Qasımlı deyib.

Onun sözlərinə görə, koalisiyalı hökumətlər Türkiyədə adətən iş görə bilməyiblər: “Koalisiyalı hökumətlər hakimiyyət başında olanda Türkiyə dövləti zəif olub, daxili siyasi, iqtisadi, ictimai qeyri-sabitlik hökm sürüb. Bu dəfəki seçkilərdə hakim AKP partiyası qalib gəlsə də, tərkpartiyalı hökumət qura bilmədi. Bunun bir sıra səbəbləri var. Hər şeydən öncə Türkiyə seçicisi onunla hökm dili ilə danışanda sevmir və dövlət rəhbərlərinin öz səlahiyyətlərini aşmasını qəbul edə bilmir. 

Digər tərəfdən seçkinin nəticəsinə təsir göstərən əsas amillərdən biri seçki kampaniyasında hakim partiyanın ölkənin siyasi sistemini parlamentli respublikadan prezidentli respublikaya dəyişməklə bağlı müraciəti oldu. Fikrimcə, türk seçicisi belə çağırışlara hazır deyildi.”

Millət vəkili onu da əlavə etdi ki, AKP–nin  təkpartiyalı hakimiyyətə gedən yolunu HDP dayandıra bilərdi və bu da baş verdi: “HDP bu seçkidə çox uğurlu bir taktika seçdi. O bir bölgəyə və ya bir etnik qrupa  deyil, bütün Türkiyəyə müraciət etdi. Mənim Türkiyədə  tanıdığım bir çox milliyətçi insanlar AKP-nin təkbaşına hökumət qurmasına əngəl olmaq üçün HDP-yə səs verdilər. Onlar birmənalı şəkildə AKP-nin təkbaşına hökumət qurmasına  gedən yolu əngəlləyəcək qüvvə kimi HDP-ni gördülər və ona görə də ona səs verdilər. Bütün bunlara rəğmən seçkinin nəticələri türk xalqının idradəsini ifadə edir və türk demokratiyasının zəfəridir.”

“Seçkidən sonra  koalisiyalı hakimiyyət qurula bilərmi” sualına cavab olaraq millət vəkili bildirdi ki, seçkinin nəticələrinə diqqət yetirdikdə Türkiyədə koalisiyalı hökumətin qurulması çox çətin görünür: “Çünki CHP və HDP AKP ilə heç zaman koalisiyaya getməyəcəklərini bəyan ediblər.  AKP  ilə MHP koalisiya qura biləcəkmi? Bunu yaxın  günlərdə cərəyan edəcək proseslər göstərəcək.  Digər tərəfdən AKP əleyhinə olan üç patiya koalisiya qura bilərmi? Fikrimcə, MHP-nin HDP ilə bir koalisiyada olması çox mürəkkəb bir məsələdir. Türkiyədə müvəqqəti koalisiya qurula bilər, ancaq hesab edirəm ki, növbədənkənar seçkilərə gediləcək.  Əgər erkən seçkilərə gediləcəksə, bu zaman ortaya yeni qüvvələr  meydana çıxa bilər. HDP seçilmə həddini aşmaya bilər. Bu seçkinin nəticələri türk demokratiyasının qələbəsi olsa da, Türkiyə vətəndaşlarında çoxlu tərddüd  yaratdı. Hesab edirəm ki, Türkiyəni qarşıdakı yaxın dönəmdə böyük sınaqlar gözləyir. Ancaq Türkiyə xalqı  ümün bütün çətinlikləri aşamaq iqtidarındadır.”

İyunun 7-də Türkiyə parlamentinə növbəti seçkilər keçrilib. Seçkinin nəticələrinə görə, ana müxalifətdəki Cümhuriyyət Xalq Partiyası 2011-ci ildə olduğu  kimi yenə seçkidən ikinci yerdə çıxaraq təxminən 130 mandat qazanıb,  Milliyyətçi Hərəkat Partiyası (MHP) 16.5% səslə 84 mandat qazanıb, Xalqların Demokratk Partiyası (HDP) 11.5% səslə 10%-lik seçilmə həddini keçərək təxminən 75 millət vəkili mandatı qazanıb.

 

Əlaqədar

Türkiyədəki seçki nəticələri xarici mətbuatda necə qarşılandı
AKP Türkiyədə təkbaşına hökumət qurmaq şansını itirdi
Türkiyədə parlament seçkilərində saxtakarlıq
Türkiyədə parlament seçkiləri keçirilir

Əsas mövzular