Onsuz da sonra kəsəcəklər...

© uatom.orgABŞ-ın 34-cü prezidenti Duayt Eyzenhauer
ABŞ-ın 34-cü prezidenti Duayt Eyzenhauer - Sputnik Azərbaycan
Abunə olmaq
62 il əvvəl ABŞ prezidenti Duayt Eyzenhauer dünyada ilk dəfə olaraq televiziya ilə yayımlanan mətbuat konfransı keçirilib.

BAKI, 19 yan — Sputnik. İstənilən ölkənin prezidenti üçün mətbuatla münasibətlər böyük əhəmiyyətə malikdir, çünki onun fikir, əməl və niyyətləri məhz KİV vasitəsilə xalqa çatdırılır. ABŞ dövlət başçıları bunu hamıdan tez başa düşüblər. Onlar 1913-cü ildən etibarən mətbuat konfransları keçirərək mətbuat nümayəndələrinin suallarına cavab veriblər. Lakin bu tədbirlər qapalı olub.

1955-ci il yanvarın 19-da isə ABŞ prezidenti Duayt Eyzenhauer bu tədbiri açıq keçirmək qərarına gəlib və mətbuat konfransının televizya ilə göstərilməsinə icazə verib. 

"Mən şadam ki, biz prezidentin çıxışı olan lenti radio, televiziya və kinoxronikaya verdik. Qoy qeyri-obyektiv qəzetçilər rədd olsunlar — biz birabaşa xalqa müraciət edirik. Xalq həqiqəti təhrif edən bu məqalələri oxumadan prezident Eyzenhauerin nə dediyini dəqiq eşidəcək" – prezidentin mətbuat katibi Ceyms Hagerti tədbirdən sonra bildirib. 

33 dəqiqəlik mətbuat konfransı televiziyaçılar tərəfindən redaktə edilərək 28 dəqiqəyədək qısaldıldı. Məşhur "Onsuz da sonra kəsəcəklər…" ifadəsi də elə buradan yaranıb.

Xəbər lenti
0