SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Müsəlman Şərqinin ilk parlamentinin birinci iclası

© Wikipedia / Public DomainParlamentin ilk iclası
Parlamentin ilk iclası - Sputnik Azərbaycan
Abunə olmaq
1918-ci il dekabrın 7-də Bakıda Azərbaycan Xalq Cümhuriyyətinin parlamenti öz fəaliyyətinə başlayıb.

BAKI, 7 dek — Sputnik. 1918-ci il dekabrın 7-də Bakıda məşhur milyonçu və xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin Qızlar Məktəbinin binasında (indiki AMEA-nın Əlyazmalar İnstitutu) Azərbaycan Xalq Cümhuriyyətinin parlamenti fəaliyyətə başlayıb.

"Müsavat" fraksiyasının (lideri M.Rəsulzadə) təklifi ilə Əlimərdan bəy Topçubaşov parlamentin sədri, Həsən bəy Ağayev onun müavini seçilib. İclasda müvəqqəti Nazirlər Şurasının istefası qəbul edilib və yeni (üçüncü) hökumətin təşkili yenidən F.Xoyskiyə tapşırılıb. Parlament ölkə əhalisinin 24 min nəfərinə 1 deputat olmaqla formalaşmışdı və 80 azərbaycanlı, 21 erməni, 10 rus, 1 alman, yəhudi, gürcü və polyak deputat üçün yer ayrılmışdı. Həmkarlar və neft sənayeçiləri üçün 5 yer nəzərdə tutulmuşdu.

Bu, müsəlman Şərqində demokratik əsaslı ilk parlament idi. Parlamentdə 11 fraksiya vardı. 17 ay müddətində 145 iclas keçirilmiş, 230-dək qanun qəbul olunmuşdu.

Xəbər lenti
0