Daşnakları iddialarından əl çəkməyə məcbur edən müqavilə

© Sputnik / Mediabanka keçidGümrü şəhəri
Gümrü şəhəri - Sputnik Azərbaycan
Abunə olmaq
Erməni tərəf Sevr müqaviləsinin (10 avqust 1920) qüvvədən düşdüyünü qəbul edərək Türkiyəyə ərazi iddiası olmadığını bildirib, Naxçıvanla bağlı iddialarından əl çəkib, üstəlik Gümrünü Türkiyəyə verməyə razılaşıb.

BAKI, 2 dek — Sputnik. 1920-ci il dekabrın 2-də Türkiyə ilə daşnak Ermənistan Respublikası arasında Gümrü sazişi imzalanıb.

Erməni tərəf Sevr müqaviləsinin (10 avqust 1920) qüvvədən düşdüyünü qəbul edərək Türkiyəyə ərazi iddiası olmadığını bildirib, Naxçıvanla bağlı iddialarından əl çəkib, üstəlik Gümrünü Türkiyəyə verməyə razılaşıb. Antanta ilə Osmanlı arasında bağlanan Sevr müqaviləsində Türkiyə üçün alçaldıcı maddələr, o cümlədən Qarsın Ermənistana verilməsinə dair maddə vardı. Atatürk Türkiyəsi müqaviləni rədd etmiş və daşnakların Qarsı istəməsinə cavab olaraq Ermənistanla savaşa (23 sentyabr) başlamışdı. Erməniləri məğlub edən türklər Gümrünü ələ keçirdilər və daşnak hökumətini təslimçi sülhə məcbur etdilər.

Lakin daşnaklar Gümrü sazişini imzalayanda Ermənistanda faktiki hakimiyyəti itirmişdilər, İrəvanda sovet hakimiyyəti qurulmuşdu. Sovet Ermənistanı Rusiyanın dəstəyi ilə Gümrü sazişini rədd etsə də, Qars müqaviləsi (mart 1921) ilə Türkiyəyə, habelə Naxçıvana iddialarından vaz keçdi. Ermənistanın qazancı isə Gümrü, habelə bir qədər əvvəl (avqust-dekabr 1920) ələ keçirdiyi Azərbaycan torpaqları – Dərələyəz və Zəngəzur — oldu.

Xəbər lenti
0