03:51 04 Dekabr 2016
Canlı yayım
Haker

Beynəlxalq İnformasiya Təhlükəsizliyi günü

thepcprinciple.com
Tarixdə Bu Gün
Qısa URL
23 0 0

1988-ci il noyabr ayının 30-da “Morris soxulcanı” adlanan ilk kompüter virusu elmi-tədqiqat institutları, hərbi idarələr, hətta Pentaqon da daxil olmaqla, "ARPANET"-in minlərlə qovşağının fəaliyyətini iflic vəziyyətinə salmışdı.

BAKI, 30 noy — Sputnik. 30 noyabr Beynəlxalq İnformasiya Təhlükəsizliyi günüdür (Computer Security Day).

1988-ci ildə Amerika Kompüter Avadanlıqları Asossiasiyası tərəfindən kompüter virusları ilə mübarizə devizi altında təsis edilib.

1988-ci il noyabr ayının 30-da “Morris soxulcanı” adlanan ilk kompüter virusu elmi-tədqiqat institutları, hərbi idarələr, hətta Pentaqon da daxil olmaqla, "ARPANET"-in minlərlə qovşağının fəaliyyətini iflic vəziyyətinə salmışdı.

İlk kompüter virusunun vurduğu ziyan isə təxminən 100 milyon dollar dəyərində qiymətləndirilib. Bu hadisə bəşəriyyətin kompüter təhlükəsizliyi haqda təsəvvürlərini tamamilə dəyişdi. Məhz həmin vaxtda mütəxəssislər informasiya təhlükəsizliyinin təmini məsələlərinə kompleks yanaşmanın zəruriliyi haqda ciddi düşünməyə başlayıblar.

Əsas mövzular