Qoca dənizdə batdı...

© Photo : PUBLIC DOMAINAmerikalı yazıçı Ernest Miller Heminquey
Amerikalı yazıçı Ernest Miller Heminquey - Sputnik Azərbaycan
Abunə olmaq
55 il əvvəl bu gün dünya şöhrətli amerikalı yazıçı intihar edərək həyatına son qoyub

BAKI, 2 iyul — Sputnik. Dünya şöhrətli amerikalı yazıçı Ernest Miller Heminquey 21 iyul 1899-cu ildə Çikaqo yaхınlığındakı Ouk-Park şəhərciyində doğulub. Ailədə altı uşaqdan ən böyüyü idi. Anası opera müğənnisi, 1928-ci ildə həyatına intiharla son qoyan atası isə həkim idi.

Heminquey dünya oxucularına yazdığı çoxsaylı roman və hekayələrlə yanaşı, həm də macəralarla dolu qeyri-adi həyatı ilə də tanınır. Qısa və dolğun yazı üslubu ilə XX əsr Amerka və Britaniya ədəbiyyatına ciddi təsir göstərib.

Suzanna Muşatt Cons - Sputnik Azərbaycan
Dünyanın ən yaşlı qadını vəfat etdi

Ernest Heminquey "Totonto star" qəzetinin xarici müxbri kimi 1921 ci ildə Parisə gələrək 1926 cı ilədək orada yaşayır. Burada o, Gertrud Stein, Ezro Paundla tanış olur, və onların təsirindən ilhamlanaraq yazıçı olmaq qərarına gəlir. 1956 cı ildə Heminquey Parisin Riç hotelinin zirzəmisindən uzun illər qoyub getmiş olduğu çemodanını tapır. Onun içindən əldə etdiyi Paris həyatından bəhs edən gündəliyi üzərində işləyir. Lakin kitab onun ölüündən sonra dördüncü arvadı Mri Velş Heminqueyin səyi nəticə 1964 cü ildə işıq üzü görür.

Ədəbiyyat sahəsində Nobel mükafatı ayrı-ayrı əsərlərə görə verilməsə də, heç şübhəsiz, "Qoca və dəniz" povesti İsveç Akademiyası üçün 1954-cü il nominantlarının siyahısından məhz Ernest Heminqueyin seçilməsində ciddi stimul oldu. Bu mükafatın preambulasında da öz əksini tapmışdı. Heminquey ədəbiyyat Nobelinə ""Qoca və dəniz" povestində bir daha nümayiş etdirdiyi təhkiyə ustalığına, habelə müasir nəsrə göstərdiyi təsirə görə" layiq görülmüşdü. İsveç Akademiyasının üzvü Anders Esterlinq təqdimat nitqində "zəmanəmizin ən görkəmli yazıçılarından biri" adlandırdığı Heminqueyin yaradıcılığı haqqında əsasən "Qoca və dəniz"in timsalında danışmışdı.

Həyatının son illərində Heminquey tez-tez depressiyadan əziyyət çəkirdi. 1960-cı ildə depressiya və ciddi əqli pozuntu diaqnozu ilə Minnesota ştatındakı Mayo klinikasına yerləşdirilmişdi. Sonradan aşkarlandığı kimi, həkimlər düzgün müalicə apara bilməmişdilər. Nəticədə yazıçı daha dərin ümidsizliyə qapılmışdı. Bundan sonra heç vaхt yaza bilməyəcəyinə özünü inandıran Ernest Heminquey, 2 iyul, 1961-ci ildə dərin ruhi sarsıntı içərisində ov tüfəngindən atəş açaraq intihar etmişdi. Maraqlıdır ki, yazıçının babası və atası da həyatlarına intiharla son qoymuşdular.

Romanları:

"Yaz selləri" (The Torrents of Spring) (1926)
"Günəş də qalxır" (1926)
"Silahlara əlvida" (1929)
"Olmaq ya olmamaq" (1937)
"Zənglər kimin üçün çalır" (1940)
"Çay içrə ağaclara sarı" (1950)
"Qoca və dəniz" (1952) (Pulitser mükafatı), (Nobel mükafatı)

Ölümündən sonra nəşr edilmiş romanları:

"Okeanda adalar" (1970)
"Cənnət bağları" (1986)
"İlk baxışdan doğru" (1999)
"Kilimancaro ətəklərində" (2005)

Xəbər lenti
0