Dünya onları ilk dəfə belə tanıdı

© AFP 2023 / STAFFBraziliya yığmasının forvardı Pele (mərkəzdə) komanda yoldaşı Vavanı (20) təbrik edir. Dünya kubokunun finalı. Braziliya-İsveç oyunu. 29 iyun 1958
Braziliya yığmasının forvardı Pele (mərkəzdə) komanda yoldaşı Vavanı (20) təbrik edir. Dünya kubokunun finalı.  Braziliya-İsveç oyunu. 29 iyun 1958 - Sputnik Azərbaycan
Abunə olmaq
58 il bundan əvvəl bu gün Braziliya milli futbol komandası ilk dəfə dünya çempionu olub

BAKI, 29 iyun — Sputnik. 29 iyun 1958-ci ildə Braziliya milli futbol komandası ilk dəfə dünya çempionu olub. 8-29 iyun tarixlərində keçirilən çempionatda 16 komanda 4 qrupda mübarizə apardıqdan sonra, hər qrupdan 2 qalib komanda 1/4 finala yüksələrək mübarizəni olimpiya sistemi ilə davam etdirib.

Beləliklə:
35 oyun
868 000 tamaşaçı (orta hesabla hər oyunda 24 800)
126 qol (orta hesabla hər oyunda 3,60)
Ən yaxşı futbolçu — Didi (Braziliya)
"Het-trik" (bir oyunda üç qol) — Fonten (Fransa), Pele (Braziliya)
"Poker" (bir oyunda dörd qol) — Fonten (Fransa)
Yubiley qolu: 500-cü qol Rann (Qərbi Almaniya)
Bombardir: Jüst Fonten (Fransa) — 13

Xəbər lenti
0