Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

"Sən getdin, tək qaldım. Bir liman, bir də mən"

CC0 / Wikimedia / Mirzə Babayev
Mirzə Babayev - Sputnik Azərbaycan
Abunə olmaq
On üç il əvvəl görkəmli müğənnimiz Mirzə Babayev 89 yaşında vəfat edib.

BAKI, 13 yan — Sputnik. Azərbaycan estrada musiqisinin banilərindən biri Mirzə Babayev 1913-cü il iyul ayının 16-da Bakı şəhərində dünyaya gəlib.

M.Əzizbəyov adına Sənaye İnstitutunun memarlıq fakültəsində ali təhsil alıb. Mirzə Babayev Bakıda və Azərbaycanın digər şəhərlərində olan bir çox binaların və muzeylərin layihə müəllifidir. Mirzə Babayev müğənnilik fəaliyyətinə 40-cı illərin əvvəlində müharibədən qayıdan zaman – görkəmli bəstəkar Tofiq Quliyevin rəhbərlik etdiyi caz orkestrində başlayıb.

1948-ci ildə Azərbaycan Dövlət Konservatoriyasına, məşhur müğənni Bülbülün sinfinə daxil olub. Mirzə Babayev 30-dan artıq filmdə rol alıb. Uzun illər Azərbaycan Dövlət Filarmoniyasında çalışıb.

Azərbaycan SSR-in Əməkdar artisti, Azərbaycan Respublikasının Xalq artisti, iki dəfə "Humay" mükafatı laureatıdır.

2003-cü il yanvarın 13-də, 89 yaşında vəfat edib.

Xəbər lenti
0