Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Neftin yaxın 3 ildəki qiyməti proqnozlaşdırıldı

© AFP 2023 / Robyn BECK Neft
Neft - Sputnik Azərbaycan
Abunə olmaq
UNEC "Azeri Light" markalı neftin qiymətini proqnozlaşdırıb

BAKI, 30 noy — Sputnik. Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) 2016-2020-ci illər üzrə "Azeri Light" markalı neftin dünya bazar qiymətini proqnozlaşdırıb. UNEC-in Marketinq və Kommunikasiya Departamenti, İctimaiyyətlə Əlaqələr Şöbəsindən Sputnik-ə verilən məlumata görə, ekonometrik modelləşdirmədə neftin qiymətinə təsir edən amillər nəzərə alınıb.

Bunların elmi-texniki tərəqqi, enerji daşıyıcılarının alternativ mən¬bə¬lə-rinin kəşfi, ehtiyatların dəyişməsi, yeni neft yataqlarının kəşfi, iqlim şəraiti, o cümlədən günəş aktivliyinin dəyişməsi, dünya ÜDM-nin artımı (o cümlədən ABŞ, Çin, Hindistanda ÜDM artımı), hərbi konfliktlər, maliyyə strukturlarında spekulyativ əməliyyatlar, İran üzərindən neft ixracına qoyulan qadağaların aradan qaldırılması, ABŞ-ın öz neftinin ixracına qoyduğu qadağanın aradan qaldırması və s. olduğu bildirilib.

Tədqiqat SOCAR-ın sifarişi əsasında yerinə yetirilib. "Azeri Light" markalı neftin orta müddətli dövr üçün dünya bazar qiymətinin UNEC proqnozu aşağıdakı kimidir:

İl

min

orta

max

2016

34

49.5

57

2017

48

65

81

2018

67

80,3

94

2019

62

76

79

Xəbər lenti
0