10:46 03 Dekabr 2016
Canlı yayım
Milli Məclisin deputatı Vahid Əhmədov

Millət vəkili həyacan təbili çaldı: "Manatı qorumaq mümkün deyil"

© Foto: REPORT IA
İQTİSADİYYAT
Qısa URL
478 0 0

Vahid Əhmədov: "2017-ci il Azərbaycan üçün çox ağır il olacaq. Azərbaycanda islahatları bir qədər çevik aparmaq lazımdır"

BAKI, 30 noy — Sputnik. "Manatı qoruyub saxlamaq mümkün deyil. Manat nə qədər ucuzlaşacaqsa, bu, doğru olacaq. Axırda gəlib öz yerini tutacaq. Bu, düzgündür".

Sputnik xəbər verir ki, bunu millət vəkili Vahid Əhmədov parlamentdə büdcə layihəsinin müzakirəsi zamanı deyib. O bildirib ki, bank sektoru bu gün heç kimə kredit vermir: "Bu, ciddi problemdir".

Qiymət artımına gəlincə, deputat deyib: "Biz qiymət artımında nəyə nail olmaq istəyirik? Gəlirlərin artmasına? İşıq və qazın qiymətinin qalxması istər-istəməz məhsulların qiymətinə təsir edəcək və qalxacaq. Bu, ciddi problemlər yaradacaq".

"2017-ci il Azərbaycan üçün çox ağır il olacaq. Azərbaycanda islahatları bir qədər çevik aparmaq lazımdır. Struktur islahatları mütləq aparılmalı, müəyyən nazirliklər ləğv edilməli, müəyyən nazirliklər birləşdirilməlidir. Rəqabət Məcəlləsini də biz qısa zamanda qəbul etməliyik", — V. Əhmədov qeyd edib.

Əlaqədar

Dollar 1.71 manatı keçir
Dollar 1,70 manatı ötdü
Mərkəzi Bank 52 milyon manat cəlb edib
Dolların rəsmi məzənnəsi 1,6596 manat olacaq
Teqlər:
Vahid Əhmədov, Milli Məclis, büdcə, manat, dollar

Əsas mövzular