Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Bu günə olan rəsmi valyuta məzənnələri

Abunə olmaq
Dollar və funt bahalaşıb, avro və rubl ucuzlaşıb

BAKI, 14 noy — Sputnik. Mərkəzi Bank (AMB) bu günə olan rəsmi valyuta məzənnələrini açıqlayıb. Sputnik AMB-yə istinadən xəbər verir ki, dolların məzənnəsi noyabrın 11-i ilə müqayisədə 0,5% möhkəmlənərək 1,6954 manata çatıb.

Avro isə manata nisbətən 0,5% zəifləyərək 1,8307 manat olub. Rubl da 0,38% ucuzlaşaraq 0,0259 manata enib. Türkiyə lirəsinin məzənnəsi 0,3% möhkəmlənərək 0,5203 manat təşkil edib.

Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,1301 manatdır. Beləliklə, funt sterlinq 0,53%-lik artım nümayiş etdirib. Gürcüstan larisinin məzənnəsi 1% bahalaşaraq 0,6864 manat olub.

Xəbər lenti
0