Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Bank sektoru ilə bağlı inqilabi qərar

© AFP 2023 / TIMOTHY A. CLARYBank
Bank - Sputnik Azərbaycan
Abunə olmaq
Artıq bankların filiallarına ehtiyac qalmayacaq

BAKI, 25 okt — Sputnik. ABŞ-ın öndə gələn bankları yüzlərlə filialını bağlayıb. "Bank of America", "Citigroup" və "JPMorgan" kimi nəhəng banklar bu ilin III rübündə 389 filialını bağlayıb.

Səlim Müslümov - Əmək və əhalinin sosial müdafiəsi - Sputnik Azərbaycan
CƏMİYYƏT
Bağlanan bankların 2700 nəfər əməkdaşı iş axtarır

"Bank of America"nın maliyyə direktoru Pol Donofrionun sözlərinə görə, filialların bağlanması prosesi bankomat, onlayn-xidmət, mobil xidmət və rəqəmsal özünəxidmət kanallarına keçid ilə əlaqədardır. Bu tendensiya, bankın xərclərinin 10% azalmasına səbəb olub. Son 5 il ərzində biz banka ziyarətlərin sayını 15-30% azaldaraq 5-6 milyona sala bilmişik. Beləliklə, bankımız müştərilərinə canlı görüşdükdə daha qiymətli əlavə məhsullar təqdim edə bilməyə başlayıb, deyə müdür bildirib. Hazırda bankda əsas məhsullar ipoteka və investisiya kateqoriyalarına aiddir.

"Goldman Sachs" bankının "Digital Finance" (rəqəmsal maliyyə) departamentinin müdiri Xarit Talvarın fikrincə, rəqəmsal texnologiyalara keçid bank sistemi üçün çox önəmlidir və bank filiallarının məqsədəuyğunluğu sualı yaradır.

Məsələ ilə əlaqədar iqtisadçı-ekspert Rəşad Həsənov Sputnik-ə açıqlamasında deyib ki, elektron baza dəstəyi təmin olunursa, bu istiqamətdə işləri mümkün qədər elektronlaşdıraraq yüngülləşdirmək olar: "Bunun mənfi tərəfi sadəcə odur ki, əlavə işsizlik yaranır. Yəni, bank sektorunun əmək tutumunun həcmi azalır. Müsbət tərəfi odur ki, sektorda xərclərin həcmini azaltmaqla daha gəlirli mühit formalaşır".

"Eyni zamanda, xərclərin azalması son nəticədə daha aşağı faizli kreditlərin təklif olunmasına imkan yaradır. Aşağı faizli kredit isə son nəticədə iqtisadiyyata müsbət təsirini göstərir. Əhalinin, biznesin daha bahalı borclanmasının qarşısını alır", — iqtisadçı bildirib.

O, Azərbaycanda faktiki olaraq bank əməkdaşlarının sayında azalma olduğunu qeyd edib: "Bu azalmalar daha çox bağlanan banklarla əlaqədardır. Bu gün sektorda yaşanan problemlərlə bağlıdır. O baxımdan hələlik Azərbaycanda hansısa formada müasir texnologiyaların imkanlarından istifadə edərək bank əməkdaşlarının ixtisar edilməsi gündəmdə deyil. Onsuz da müxtəlif səbəblərdən əməkdaşların bir hissəsi ya ixtisar olunub, ya da ümumiyyətlə, filiallar ləğv edilib".

© Photo : SİA IAЭксперт-экономист Рашад Гасанов
Эксперт-экономист Рашад Гасанов - Sputnik Azərbaycan
Эксперт-экономист Рашад Гасанов

R. Həsənova görə, bu barədə növbəti dövrlərdə daha çox düşünmək ehtiyacı yaranacaq: "Çünki, banklar fəaliyyətlərini təkmilləşdirmək yolu ilə gəlirlərini müəyyən qədər qorumağa çalışacaq. Daha sağlam kredit siyasətinin həyata keçirilməsi və s. amillər artıq özü bankların bu istiqamətdə fəaliyyətini zərurətə çevirəcək".

"Bu proses daim davam edəcək. Artıq insanlar onlayn formada kredit götürür, ödəniş həyata keçirirlər. Təxminən növbəti 30 ildə artıq inkişaf etmiş ölkələrdə bankların filiallarına ciddi ehtiyac qalmayacaq. Ola bilər ki, hansısa kənar qəsəbədə, şəhərdə fəaliyyət göstərmək məcburiyyətində olsun", — mütəxəssis vurğulayıb.

Xəbər lenti
0