02:26 05 Dekabr 2016
Canlı yayım
Taxıl sahəsi

"Bələdiyyələr öz səlahiyyətlərindən belə, istifadə edə bilmir"

© Foto: STR
İQTİSADİYYAT
Qısa URL
12120

Ekspert: "Bələdiyyələrin regionların inkişafına təsir imkanları çox məhduddur"

BAKI, 18 okt — Sputnik. Ötən həftə Milli Məclisin plenar iclasında "Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında" qanunda dəyişikliklərə baxılıb. Millət vəkili Ziyad Səmədzadə layihə ilə bağlı bildirib ki, "Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında" 2016-cı il 6 may tarixli qanuna əsasən, 1 yanvar 2017-ci ildən müvafiq icra hakimiyyəti orqanının verdiyi arayışa əsasən, təyinatı üzrə istifadə edilən və ya irriqasiya, meliorasiya və digər aqrotexniki səbəblərdən təyinatı üzrə istifadə edilməsi mümkün olmayan kənd təsərrüfatı torpaqları üzrə torpaq vergisinin dərəcəsi 1 şərti bal üçün 0,06 manat müəyyən ediləcək.

Vüqar Bayramov
hafta.az
Vüqar Bayramov

Təyinatı üzrə istifadə edilən və ya təyinatı üzrə istifadə edilməsi mümkün olmayan kənd təsərrüfatı torpaqları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən qayda və meyarlar əsasında müəyyən ediləcək. Bu qanunun tətbiqi ilə əlaqədar Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında" qanuna müvafiq dəyişiklik təklif edilib. Başqa sözlə, həmin torpaq vergisinin bələdiyyə vergilərinin vergitutma obyekti olması təklif edilib.

Qanun layihəsi birinci oxunuşda səsə qoyularaq qəbul edilib. Bu Qanun 2017-ci ilin 1 yanvar tarixindən qüvvəyə minir.

Məsələ ilə əlaqədar iqtisadçı-ekspert Vüqar Bayramov Sputnik-ə açıqlamasında deyib ki, Azərbaycanda bələdiyyələrin səlahiyyətlərinin genişləndirilməsinə ehtiyac var: "Bələdiyyələr xeyli müddətdir ki, fəaliyyət göstərir, amma təəssüf ki, mövcud maliyyə imkanları onların hətta mövcud səlahiyyətlərindən belə, istifadə edilməsinə imkan vermir. Nəticədə bu gün bələdiyyələrin regionların inkişafına təsir imkanları xeyli məhduddur. Bu baxımdan bələdiyyələrin səlahiyyətlərinin genişləndirilməsinə ehtiyac var".

Ekspert bildirib ki, bələdiyyələrin səlahiyyətlərinin genişləndirilməsi maliyyə imkanlarından birbaşa asılıdır: "Amma bu gün bələdiyyələr üçün ən ciddi problemlərdən biri, məhz onların maliyyə imkanlarının məhdud olmasıdır. Əvvəllər yerli vergilərə fiziki şəxslərin torpaq vergisi, əmlak vergisi, yerli əhəmiyyətli tikinti materialları üçün mədən vergisi, eyni zamanda, bələdiyyə mülkiyyətində olan müəssisələrin mənfəət vergisi aid idi. Eyni zamanda, vergilərdə əlavə olaraq müəyyən ödənişlər var".

"Əslində, vergilərin strukturu göstərir ki, bələdiyyələrin cəlb etdiyi vergilərin məbləği heç də çox deyil. O baxımdan imkan daxilində daha çox, xüsusən yerli əhəmiyyətli vergi növlərinin bələdiyyələrə verilməsinə ehtiyac var. Çünki, bələdiyyə nə qədər çox vergi yığarsa, maliyyə imkanları genişlənəcək. Bu da bələdiyyələrin, xüsusən də regionların inkişafında rolunun artırılmasına gətirib çıxaracaq", — V. Bayramov vurğulayıb.

O, bu baxımdan, sözügedən dəyişikliyi məqsədəuyğun hesab edir: "Bu dəyişiklik tətbiq olunarsa, bələdiyyələrin gəlir mənbələrinin genişləndirilməsinə gətirib çıxara bilər".

Əlaqədar

Keçmiş bələdiyyə sədrinin evi yanıb
"330 bələdiyyə sədri inzibati məsuliyyətə cəlb olunub"
Bələdiyyələr hansı haqla camaatdan vergi toplayır?
Pozuntulara yol verən 388 bələdiyyə sədri məsuliyyətə cəlb olunub
Azərbaycanda ilk bələdiyyə seçkilərinin keçirildiyi gün
Teqlər:
Ziyad Səmədzadə, plenar iclas, bələdiyyə, Vüqar Bayramov, Milli Məclis, vergi

Əsas mövzular