Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Amerikalılar manatı hələlik xilas etdilər

© AFP 2023 / Karen BLEIERABŞ Federal Ehtiyat Sisteminin yerləşdiyi bina
ABŞ Federal Ehtiyat Sisteminin yerləşdiyi bina - Sputnik Azərbaycan
Abunə olmaq
FED uçot dərəcəsini dəyişməyərək 0,25-0,5% səviyyəsində saxlayıb.

BAKI, 27 iyul-Sputnik. ABŞ-ın Federal Ehtiyatlar Sisteminin (FED) Açıq Bazar Əməliyyatları üzrə Komitəsinin (FOMC) iki gün davam edən iclası bu gün başa çatıb. 

FED uçot dərəcəsini dəyişməyərək 0,25-0,5% səviyyəsində saxlayıb.

Ötən ilin dekabrın 16-da FED uçot dərəcəsinin baza dərəcəsini illik 0,25% artırıb. Bundan sonra keçirilən iclaslarda uçot dərəcəsi dəyişdirilməyib.

Qeyd edək ki, ABŞ-ın Federal Ehtiyatlar Sisteminin (FED) Açıq Bazar Əməliyyatları üzrə Komitəsinin (FOMC) iyunda baş tutan iclasından sonra əmək bazarında müsbət tendensiya müşahidə olunub. İqtisadi aktivliyə gəlincə, burada mülayim artım qeydə alınıb.

Sputnik xəbər verir ki, bu barədə FOMC-un iki günlük iclasının yekunlarına dair açıqlamada bildirilir.

Açıqlamada qeyd edilib ki, iyun ayında məşğulluq sahəsində yüksək artım müşahidə edilib. Həmçinin təsərrüfat subyektlərinin xərcləri də artıb.

İnflyasiyanın səviyyəsi 2%-dən aşağı olaraq qalıb. FOMS bunu enerji daşıyıcılarının qiymətlərinin aşağı düşməsi fonunda energetika sahəsində qiymətlərin azalması ilə əlaqələndirib.

Dünya bazarlarında enerji daşıyıcılarının qiymətinin aşağı düşməsi bir sıra neft ixrac edən ölkələrin milli valyutalarının, eləcə də Azərbaycan manatının dəyərdən düşməsinə səbəb olub. FED-in uçot dərəcəsini dəyişməsi dolların ayrı-ayrı ölkələrin milli valyutalarına qarşı möhkəmlənməsinə gətirib çıxarır. Maliyyəçilər hesab edirdilər ki, FED-in uşot dərəcəsini artırması bəzi ölkələrin (o cümlədən də Azərbaycanın — red.) milli valyutalarının bir az daha dəyərdən düşməsi ilə nəticələnəcək. FED-in son qərarı hələlik Azərbaycan manatının da dəyərdən düşmə prosesinin sürətlənməsinin qarşısını almış oldu. 

Xəbər lenti
0