Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Kreditlərin manata keçirilməsi, manatla əmanətlərin də indeksasiyası mümkündür

© Sputnik / Murad OrujovДоллары США
Доллары США - Sputnik Azərbaycan
Abunə olmaq
Xarici valyuta, eləcə də dollarla kreditlərin verilməsini qadağan edən ölkələr siyahısına Qırğızıstan da qoşulur. Ölkəmizdə son iki devalvasiya daha çox dollarla kredit götürənlərə mənfi təsir göstərdiyi üçün sual yaranır: Azərbaycanda da dollar, o cümlədən, digər xarici valyutada kreditlərin azaldılması və daha çox manatla borclanma mümkündürmü?

BAKI, 29 fev-Sputnik. Xarici valyuta, eləcə də dollarla kreditlərin verilməsini qadağan edən ölkələr siyahısına Qırğızıstan da qoşulur. Ölkəmizdə son iki devalvasiya daha çox dollarla kredit götürənlərə mənfi təsir göstərdiyi üçün sual yaranır: Azərbaycanda da dollar, o cümlədən, digər xarici valyutada kreditlərin azaldılması və daha çox manatla borclanma mümkündürmü?

Sputnik-in məlumatına görə, bu suala iqtisadçı-ekspert Vüqar Bayramov öz facebook hesabında aydınlıq gətirib. O, xatırladıb ki, son bir ildə kəskin dollarlaşma müşahidə edilən ölkəmizdə xarici valyutanın depozitlərdə və o cümlədən kredit portfelində payı hiss edilən dərəcədə artıb. 21 milyard 718 milyon manatlıq kredit portfelinin 10 milyard 705 milyon manatı xarici valyutadadır. Son zamanlar bankların istehlak kreditlərinin böyük əksəriyyəti dollarladır. Bu baxımdan da, manatın devalvasiyasından sonra həmin kreditlərin qaytarılmasında ciddi problemlər müşahidə edilir. 9 milyard 473 milyon manatlıq depoztilərin isə nə az-nə çox təxminən 85 faizi dollarladır.

Ekspertin fikrincə, bankların dollarla kredit təklifi başa düşüləndir: "Əgər bank vətəndaşdan dollarla depozit cəlb edirsə, o zaman həmin vəsaiti elə həmin valyutada kredit formasında təklif etməlidir. Vətəndaşın manata inanmayıb əmanətini dollarla saxladığı halda bankdan milli valyutaya inam tələb etmək olmaz. Digər tərəfdən, bankların xarici borclanması da dollarladır. Deməli, bankların cəlb etdiyi vəsaitlərin strukturunda xarici valyuta üstünlük təşkil edir və bu da kreditlərin valyuta növünə təsir göstərir."

Денежные купюры - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Dollarla kredit götürən vətəndaşlarımızın aqibəti yaxşı olmayacaq

V.Bayramovun qənaətinə görə, amma bu, heç də o anlamına gəlməməlidir ki, milli valyuta ilə kredit təklifini artırmaq mümkün deyil. "Mümkündür- əgər proseslərə daha çox seyrici kimi yanaşan Mərkəzi Bank kredit təşkilatlarını və əmanətçiləri təşviq edən fəaliyyətlər həyata keçirməyə çalışarsa. Manatla kreditlərin verilməsi üçün bankların cəlb etdiyi vəsaitlərin valyuta strukturunun dəyişdirilməsinə ehtiyac var. Yəni, bank manatla nə qədər çox vəsait cəlb edərsə, o qədər də çox milli valyuta ilə kreditlər təklif edəcək. Bu isə Mərkəzi Bankın mərkəzləşdirilmiş kreditlərinin həcminin artırılması ilə mümkündür. Əvvəlla, Mərkəzi Bank bankları daha çox kreditlə təmin etməklə onlara həm daha ucuz borclanmaq, həm də manatla kredit təklif etmək imkanı yaratmalıdır. Bu halda bankların manat bazası genişləndiyi üçün milli valyuta ilə daha çox kreditlər təklif edə biləcək. Amma təəssüf ki, məzənnə və inflyasiya təzyiqindən ehtiyatlanan baş bankda kommersiya banklarını manatsız saxlamaq prinsipi hələ də davam edir. İkincisi, mərkəzləşdirilmiş kreditlər şəffaf və açıq şəkildə bölüşdürülməlidir. Bütün banklara bu vəsaitlərə baryersiz çıxış imkanı verilməlidir" — deyə ekspert bildirib.
Samir Əliyev, iqtisadçı-ekspert - Sputnik Azərbaycan
TƏHLİL
Ekspert: Azərbaycanda dollar kreditləri məhdudlaşdırılmalıdır

V.Bayramov qeyd edib ki, digər tərəfdən, manatla əmanətlərin indeksasiyası həyata keçirilməlidir: "Təəssüf ki, Mərkəzi Bank dollarlaşmanın qarşısını alacaq bütün islahatlardan kənar durmağa çalışır. Halbuki, zamanında indeksasiya sisteminin tətbiq edilməsi milli valyutaya təzyiqi ciddi şəkildə azaldardı. Bu mexanizminin tətbiqi imkan verəcək ki, insanlar öz depozitlərini milli valyutada saxlasın. Çünki hələ də bir çox insanlarda pulu dollarla yoxsa manatla saxlamaqla bağlı qərarsızlıq var. İndeksasiya bu qərarsızlığı aradan qaldıra bilər. Bu zaman indeksasiya ilə bağlı potensial və ya virtual xərclər dövlət tərəfindən qarşılanır.

Banklarda manatla yerləşdirilən əmanət dollara indeksasiya edilir. Müqavilə üzrə müddət başa çatdıqdan sonra isə əmanətçi manatla olan pulunu götürən zaman milli valyutanın dəyəri aşağı düşdüyü halda yaranan fərq məhz indeksasiya olunduğu üçün dövlət tərəfindən qarşılanır. Yəni, manat dollara nisbətən uzuzlaşarsa, fərq qarşılanır. Milli valyuta da dəyər qazanırsa, əmanətçi əmanətin dollarla ifadəsi zamanı daha çox qazanır. Eyni zamanda, indeksasiya banklarda olan əmanətlərə tətbiq edildiyindən və evdə saxlanan pulları əhatə etmədiyindən, banklardakı depozitlərin də həcminin artmasına gətirib çıxaracaq. Vətəndaşların əksəriyyəti öz pullarını evdə deyil, banklarda saxlamağa üstünlük verəcəklər. Bu isə manatla əmanətlərə marağı artırar və nəticədə vətəndaş pulunu bankda milli valyutada saxlamaqda maraqlı olar. Nəticədə banklara cəlb edilən milli valyutanın həcmi artar, banklar manatla daha çox kredit təklif etmək imkanı qazanırlar."

Ekspert hesab edir ki, Azərbaycanda dollarla təklif edlən kreditlərin həcmini məhdudlaşdırmaq və vətəndaşların milli valyuta ilə borclanmasını təşkil etmək mümkündür. Bu isə çoxlu sayda ailələrdə hal-hazırda əsas problemə çevrilən dollarla kreditlərin geri qaytarılmasındakı çətinliyinin gələcəkdə qarşısını ala bilər, əlbəttə ki, əgər Mərkəzi Bank təklif edilən real addımları atarsa.

Xəbər lenti
0