Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Adamyeyənlər adasında nələr yaşanır: inanılmaz həqiqətlər

© Flickr / Chris DillonYeni Zellandiyada fermer təsərrüfatı
Yeni Zellandiyada fermer təsərrüfatı - Sputnik Azərbaycan
Abunə olmaq
Təbii sərvətlərin həcminə görə sonuncu sıralarda qərarlaşan bu ölkə, inkişaf göstəricilər və həyat səviyyəsi baxımından dünyanın ilk onluğunda qərarlaşıb. Onların sirri isə çox sadədir...

BAKI, 17 fev — Sputnik. Yeni Zelandiya Sakit okeanın cənub şərqində yerləşən, 4.5 milyon əhalisi olan bir ada ölkəsidir. Adını Hollandiyada bir bölgə olan Zeelanddan alan ölkə, yerli maori xalqı tərəfindən "Uzun ağ buludlar ölkəsi", "Aotearoa" olaraq xatırlanır. Paytaxtı Vellinqton olan Yeni Zelandiyanın ən böyük və ən kosmopolit şəhəri Oklandır.

1 günə iş qurmaq, 2 günə sənəd almaq mümkündür

Şəffaf və sürətli işləyən bürokratik sistemi sayəsində bir gün içində iş qurmaq və iki gün içərisində sənəd almağın mümkün olduğu ölkədə, iş və ticarət icazəsi ilə bağlı qanuni tənzimləmələr də iqtisadi inkişafa dəstək verir. Bu tənzimləmələr sayəsində ölkəyə sərmayənin axını ilə yanaşı, iş dünyasının təcrübəli adamlarının Yeni Zelandiyada iş qurması asanlaşdırılıb.

Xoşbəxt ölkə - Sputnik Azərbaycan
Azərbaycanda bu möcüzə baş verərsə...

Yeni Zelandiya mülayim iqlimi, təmiz su qaynaqları və məhsuldar əraziləri ilə keyfiyyətli, yenilikçi və texnologiyaya söykənən qida istehsalı sahəsində Asiyanın Sakit okean bölgəsi başda olmaq üzrə, dünyanın bütün nöqtələri ilə ticarət əlaqələrini sıx şəkildə davam etdirməkdədir. Dünyanın ən böyük süd istehsalçısı olan Yeni Zelandiya yun ixracatında da lider mövqeydədir.

Kənd təsərrüfatı ölkəsi

Yeni Zelandiya yumşaq iqlimə və məhsuldar torpaqlara malikdir. Buna görə də Yeni Zelandiya "kənd təsərrüfatı" ölkəsi kimi qəbul edilir. Buğda, arpa və yulaf ən əhəmiyyətli əkinçilik məhsullarıdır. Heyvandarlıq olduqca inkişaf edib. Qoyun və mal-qara yetişdirilməsi baxımından dünyanın sayılı ölkələrindən biridir. Təxminən 9 milyon hektarlıq çayır və otlaq sahələr bu sahənin inkişafında əhəmiyyətli rol oynayır. Buna görə ölkədə ət və süd sənayesi çox inkişaf edib.

Yeni Zelandiyanın əsasən İngiltərə, Avstraliya, ABŞ, Yaponiya və Uzaq Şərq ölkələri ilə ticarət münasibətləri var. Ət, süd, yun, xəz dəri və balıq ən əhəmiyyətli ixrac məhsullarıdır. Ayrıca taxta-şalban, müxtəlif cinsdə heyvanlar, meyvə, konserv və canlı heyvan ixracatı da həyata keçirilir.

Eastland, Manavatu və ərazilərdəki fermalarda qoyun, xüsusilə yunu üçün bəslənir. Canterbury düzənliyində qarışıq əkin əkilir, qoyun və bir miqdar da iribuynuzlu heyvan yetişdirilir. Başlıca məhsulları buğda, arpa, yulaf, yaşıl heyvan yemi və köklü bitkilərdir. Ən əhəmiyyətli südçülük bölgələri Hauraki Piako düzlükləri və Vaikato (xüsusilə kərə yağı istehsal edilir), Plenty və pendiri ilə məşhur Taranaki olaraq sayıla bilər.

İsraildə kənd təsərrufatı - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Səhrada cənnət: burada insan təbiəti idarə edir

3 rəsmi dil

Yeni Zelandiyada kivinin 3 mənası var: Birincisi, bizim bildiyimiz kivi meyvəsidir. Dünyada Yeni Zelandiya önəmli kivi ixracatçısıdır. İkincisi, bu ölkənin vətəndaşları özlərinə kivi adını verirlər. Üçüncüsü isə, məhşur kivi quşudur — qanadsızdır, uça bilmir. Bu quş Yeni Zelandiyanın simvollarından biridir.

Bu ölkədə iki milli marş, 3 rəsmi dil (ingilis dili, maori dili və işarə dili) var. Yeni Zelandiyada hərbi xidmət məcburi deyil. İsətəyən hərbi xidmətə gedir. Maraqlı odur ki, bu ölkənin hökuməti büdcənin ancaq 1 faizini hərbi xərclərə ayırır. Digərlərini elm və təhsil, səhiyyə və s. sahələrə xərcləyir. Ölkədə avtomobil nəqliyyatı çoxdur. Burada sürücülük vəsiqəsini 15 yaşında almaq mümkündür.

Burada dükanlarda satıcı yoxdur

Yeni Zelandiya təzə və orqanik məhsul yetişdirmək üçün ideal bir yerdir. Təsərrüfatlarda yetişən marallar bərəkətli otlaqlarda sərbəst yemlənir. Kiçik südçülük təsərrüfatlarında təzə keçi pendiri istehsal edilir.

Yeni Zelandiyanın Gisborne bölgəsində Kay və Kees Veytmans ailəsi təsərrüfatla məşğuldur. Kees 100 ildir ki, ailələrinə məxsus olan təsərrüfatları ilə qürur duyduğunu deyir. Onun sözlərinə görə, uzun illərdir atalarının istifadə etdiyi üsullardan yararlanırlar. İnanılmaz meyvə bolluğu var. Deyir, 26 ildir ki, təsərrüfatda gübrə istifadə etmir. Yoncaları gübrələmək üçün arılardan istifadə edirlər. Ayrıca, maral bəsləyirlər.

Jan və Jhon Valter ailəsi isə keçi təsərrüfatı ilə məşğuldur. Onlar deyirlər ki, inəklər keçilərdən daha böyük olduğu üçün onları saxlamaq, bəsləmək daha çətindir. Burada 25 baş keçidən ibarət kiçik təsərrüfatda hər gün bir yuvarlaq keçi pendiri əldə edilir. Ölkənin ən kiçik keçi təsərrüfatlarından biri olmasına baxmayaraq, 2007-ci ildə ən yaxşı keçi pendiri mükafatını qazanıblar.

Jan deyir ki, müştərilər buraya gəlib alış-veriş edirlər. Süd, qatıq və pendir alırlar: "Bir dükanımız var, əslində dükan da sayılmaz, çünki içərisində satıcı yoxdur. Etibara dayanan xidmət var. Hər kəs bir-birinə güvənir. Müştərilər pulu qutuya atıb gedirlər".

© Qadir Bayramlının şəxsi arxivindənAzərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) dosenti Qadir Bayramlı
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) dosenti Qadir Bayramlı - Sputnik Azərbaycan
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) dosenti Qadir Bayramlı

Azərbaycan üçün Yeni Zelandiya təcrübəsi

Azərbaycan Dövlət İqtisad Universitetinin dosenti Qadir Bayramlı Sputnik-ə açıqlamasında deyib ki, Azərbaycan üçün nisbətən Şərqi Avropanın, keçmiş Sovet ölkələrinin təcrübəsindən istifadə etmək daha rahat olar: "Bu, həm iqlim, həm də coğrafi yaxınlıq baxımından daha faydalı olar. Qərbi Avropa ölkələrinin təcrübəsindən də istifadə etmək olar. İnkişaf etmiş ölkələrə canlı heyvanların idxalı prosesi uzun çəkmir. Sərhəddə laboratoriyalarda onların sağlamlığı yoxlanılır, müəyyən analizlərdən sonra qısa müddətdə bu proses həll edilir. Bizdə hələ ki, bu məsələ istənilən səviyyədə deyil. Bürokratik əngəllər də çoxdur. Laboratoriyalarımız da o səviyyədə deyil. Bir az işi çətinləşdirən faktorlardan biridir".

"Amma müəyyən təcrübə var. Azərbaycanda az miqdarda da olsa, Ukraynadan, Rusiyadan və digər ölkələrdən gətirirlər. Amma yenə də müəyyən əngəllər qalır. Qısa müddətdə məsələləri həll etməyə imkan verən həm laboratoriyalar, həm də tək pəncərə şəklində ofislər və buna bənzər bir şey yaratmaq lazımdır", —deyə ekspert bildirib.

Q. Bayramlının sözlərinə görə, Azərbaycanda südçülüyün inkişafı üçün birinci növbədə yem bazası yaradılmalıdır: "İkincisi, Respublikada damazlıq mal-qaranın yetişdirilməsi işləri inkişaf etdirilməlidir və bu işlər tamamilə yenidən qurulmalıdır. Amma bu sahədə müəyyən təcrübə var. Sovet vaxtı məsələn, İsmayıllı rayonunda müəyyən təsərrüfatlarda məhsuldarlığı yüksək olan sortlar var idi, onlar tövlədən çıxmırdı, elə orda bəslənilirdi. Belə təsərrüfatlar çox azdır, ya da ki, qalmayıb. Belə deyək, lazım olan qayğını göstərməyəndə o sortlar çırlaşır, məhsuldarlıq aşağı düşür. Yem bazasını, kadr hazılığını inkişaf etdirmək lazımdır".

Qalib Əbdüləliyev - Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlıq şöbəsinin müdiri
Qalib Əbdüləliyev - Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlıq şöbəsinin müdiri - Sputnik Azərbaycan
Qalib Əbdüləliyev - Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlıq şöbəsinin müdiri

"Azərbaycan 11 iqlimdən 9-na malikdir, amma bunun mənfi təzühürləri də var"

Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlığın inkişafı şöbəsinin müdiri Qalib Əbdüləliyev Sputnik-ə açıqlamasında deyib ki, Yeni Zelandiya ilə bizim iqlim şəraiti həddindən çox fərqlidir: "Məsələn, biz deyirik ki, 11 iqlim qurşağından 9-u bizdə mövcuddur. Bu, doğurdan da belədir. Amma bunun bəzi hallarda mənfi təzahürü də olur. Yeni Zelandiyada, demək olar ki, 1 iqlim şəraiti mövcuddur. Yəni, bütün mövsümlərdə hər tərəf yaşıllıq olur. Ona görə də heyvanlar daha çox otlaq şəraitində saxlanılır. Orda hər inəkdən 25 litr süd almaq onlara kifayət edir. Amma 35-40 litr süd verən inəklər də var. Yəni, ona cəhd etmirlər".

"Yeni Zelandiyada təqribən 4 milyondan çox əhali var, amma 40 milyon qoyun var. O, təbii şəraitin hesabına bu başa gəlib. Otarmaq ilə, nəzarət etmək ilə heyvanları yetişdirirlər. Üçüncüsü, Yeni Zelandiya bizdən uzaqdır. Oradan heyvan gətirmək bizə çox baha başa gəlir", —deyə nazirlik rəsmisi bildirib.

Q. Əbdüləliyevin sözlərinə görə, "Aqrolizinq" ASC-nin köməyi və lizinq yolu ilə Ağcabədi rayonunda keçi təsərrüfatı yaradılıb: "Bu təsərrüfatda "Saanen" və "Alpin" keçi cinsləri var. Amma bundan başqa, bizim sahibkarlar öz təşəbbüsləri ilə müxtəlif yerlərdən müxtəlif cins keçilər gətirirlər".

Bürokratik əngəllərə gəlincə, nazirliyin şöbə müdiri bildirib ki, Kənd Təsərrüfatı Nazirliyi sistemində istər subsidiya mexanizmləri, istər sertifikatlaşdırma, istərsə də idxal-ixrac əməliyyatlarının aparılması son dərəcə şəffaf və sürətlidir.

Statistika göstərir ki…

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2015-ci ildə diri çəkidə 515,6 min ton ət, 1924,4 min ton süd və 17,0 min ton yun istehsal olunub. 2014-cü illə müqayisədə ət istehsalı 2,0 faiz, süd istehsalı 3,7 faiz, yun istehsalı 1,4 faiz artıb.

İlkin məlumatlara görə, 2016-cı il yanvarın 1-i vəziyyətinə ölkə üzrə 2708,5 min baş iribuynuzlu mal-qara, o cümlədən 1303,1 min baş inək və camış, 8674,8 min baş qoyun və keçi mövcud olub. 2015-ci il yanvarın 1-nə nisbətən iribuynuzlu mal-qaranın sayı 11,0 min baş (0,4 faiz), o cümlədən inək və camışların sayı 3,9 min baş (0,3 faiz), qoyun və keçilərin sayı 29,4 min baş (0,3 faiz) artıb.

Xəbər lenti
0