Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

"Məgər kompensasiya tətbiq edən ölkələrdə maliyyə intizamı pozulub?"

Abunə olmaq
İqtisadçı-ekspert Vüqar Bayramov AMB-nin sədri Elman Rüstəmovun cavabını verdi.

BAKI, 27 yan-Sputnik. "İxtisasca maliyyəçi olaraq Mərkəzi Bank sədrinin "güzəşt maliyyə intizamını poza bilər" fikirlərini izah etmək mənim üçün çətindir. Mən ikinci devalvasiyadan dərhal sonra kompesasiya mexanizmini gündəmə gətirdim və bunun nə üçün vacib olduğunu dəfələrlə izah etmişəm. Məgər kompensasiya mexanizmi tətbiq edən ölkələrdə, o cümlədən Qazaxıstanda maliyyə intizamı pozulubmu?"

Sputnik-in məlumatına görə, bu fikirləri iqtisadçı-ekspert Vüqar Bayramov Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmovun banklardan dollarla kredit götürən vətəndaşlara güzəştlərin edilməsinin maliyyə intizamını poza biləcəyin barədə fikrini şərh edərkən deyib.

kredit - Sputnik Azərbaycan
CƏMİYYƏT
Dollar kreditləri ilə bağlı yeni qərar veriləcək
  

Vuqar Bayramov öz facebook səhifəsində yazıb: "Bir həftədə 3 bankın lisenzaiyasını ləğv edən Mərkəzi Bank üçün bankların müflişləşməsi və bundan ehtiyatlanaraq bir sıra vətəndaşların əmanətlərini banklardan çəkməsi bank sektorunda maliyyə intizamının pozulmasına işarə deyilmi? Kompensasiya yolu ilə 2 milyon 500 mindən çox banka borcu olanların ödəmə qabiliyyətinin yaxşılaşdırılmasına nail olmaq maliyyə intizamının qorunmasına xidmət etməyəcəkdimi? Kompensasiya mexanizmini tətbiq etməməklə problemli kreditlərin həcmini potensial olaraq artırmaq maliyyə intizamına təsir etməyəcəkmi?"

İqtisadçı-ekspert əlavə edib ki, məhz bu sualların bəlli cavablarına görə, Mərkəzi Bank dollar ilə kredit götürənlərə kompensasiyaların verilməsi ilə bağlı müzakirələri davam etdirməli və bu mexanizmlərdən istifadə etməlidir.

Xatırladaq ki, AMB-nin sədri Elman Rüstəmov ötən gün banklardan dollarla kredit götürənlərə güzəştlərin edilib-edilməyəcəyi məsələsinə münasibət bildirərkən deyib ki, "hökumətdə komanda mövqeyi ondan ibarətdir ki, bu, maliyyə intizamını poza bilər".

"Yəqin ki, bank sektorunun restrukturizasiyası proqramı çərçivəsində baxacağıq ki, banklara yardım vasitəsilə necə edək ki, banklar bu işin öhdəsindən gələ bilsinlər. Dövlətin banklara yardım proqramı çərçivəsində bankların bu istiqamətdə nə iş görə biləcəyinə baxmalıyıq. Yəqin ki, bunu banklarla və beynəlxalq ekspertlərlə müzakirə edəcəyik", — deyə E. Rüstəmov bildirib.

Xəbər lenti
0