10:43 03 Dekabr 2016
Canlı yayım
Qarabağ xalçası

Qarabağ xalçaları tarixə qovuşur?

azerbaijanrugs.com
İQTİSADİYYAT
Qısa URL
3820

İşçilərin sayının azalması və digər səbəblərdən bu iş tamamilə dayanıb.

BAKI, 30 iyun – Sputnik. Qarabağ bölgəsində xalça istehsalı dayanıb. Sputnik Region Tv-ə istinadən xəbər verir ki, artıq bir ilə yaxındır bu xalçaların toxunduğu Ağdam Xalçaçılıq Fabriki fəaliyyət göstərmir. 

Ağdam Xalçaçılıq İstehsalat Vahidliyinin rəhbəri Ceyran Əliyeva deyir ki, əvvəllər Qarabağ xalçaları Ağdam Xalçaçılıq Fabrikində, həmçinin onun Şuşada, Xocalıda, Zəngilanda, Cəbrayılda və digər yerlərdəki filiallarında toxunub. Ermənilərin həmin əraziləri işğal etməsi ilə əlaqədar 1993-cü ildən fabrik işini qismən də olsa, vaxtilə filial olmuş Bərdə Xalçaçılıq Sexində davam etdirib. Keçən il isə işçilərin sayının azalması və digər səbəblərdən bu iş tamamilə dayanıb:

“Qəsəbələr tikilib, əhali köçürüldükcə işçilər də həmin qəsəbələrə köçürüldü. Həm işçi sayı azaldı,həm də xalçaçılığa maraq azaldı. Xalçaçılıqda əmək haqqı da azdır” deyə Ceyran Əliyeva bildirib.

Xanım rəhbər onu da əlavə edib ki, Ağdam Xalçaçılıq Fabriki fəaliyyət göstərməsə də, onlardan Qarabağ xalçalarını istəyənlər çoxdur. Bu xalçalara xaricdə də tələbat var:

“Keçən il Amerikalılar gəlib maraqlanıblar. Onlar bizdən xalça istəyirdilər”.

Ağdam Xalçaçılıq İstehsalat Vahidliyinin rəhbəri hesab edir ki, dünyada məşhur olan Qarabağ xalçalarının istahsalını davam etdirmək vacibdir. O, deyir ki, bu istiqamətdə müəyyən adımlar da atılır. Gələcəkdə Ağdamın Quzanlı qəsəbəsində Qarabağ xalçalarının istehsal olunacağı sexin tikilməsi nəzərdə tutulur.

Əsas mövzular