06:15 11 Dekabr 2016
Canlı yayım
Avro - əskinas

Neft ucuzlaşıb, Avro bahalaşıb

kirk.senate.gov
İQTİSADİYYAT
Qısa URL
9 0 0

Neftin qiyməti 1 barelə görə 0,23 dollar azalaraq 58,10 dollar, Avro isə 0,0175 manat və ya 1,51% bahalaşaraq 1,1733 manat olub.

BAKI, 30 iyun —Sputnik. Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,23 dollar azalaraq 58,10 dollar təşkil edib.

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri 0,18 dollar azalaraq 61,83 dollar olub.

Bu gün iyunun 29-u ilə müqayisədə Azərbaycanda 1 ABŞ dollarının manata nisbətdə rəsmi məzənnəsi ucuzlaşıb.

Azərbaycan Mərkəzi Bankının (AMB) iyunun 30-a olan rəsmi məzənnələr bülleteninə əsasən, ölkəmizdə dolların rəsmi məzənnəsi 0,0008 manat və ya 0,08% ucuzlaşaraq 1,0483 manat olub.

Bivalyuta səbətinə daxil olan avronun məzənnəsinə gəlincə, manata nəzərən Avrozonanın vahid valyutası 0,0175 manat və ya 1,51% bahalaşaraq 1,1733 manat olub.

Əsas mövzular