03:54 04 Dekabr 2016
Canlı yayım
SOCAR

SOCAR Rumıniya iqtisadiyyatına 50 milyon avro investisiya yatıracaq

socarenergy.ch
İQTİSADİYYAT
Qısa URL
40 0 0

Rumıniyada SOCAR-ın 10-larla yanacaqdoldurma məntəqələri açılacaq

BAKI, 29 iyun —Sputnik. Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) yaxın 2-3 il ərzində Rumıniyada yanacaqdoldurma məntəqələri (YDM) şəbəkəsini genişləndirmək üçün 50 mln. avro investisiya yatıracaq.

Sputnik APA-Economics-in məlumatatına istinadən bildirir ki, bunu SOCAR-ın sərmayələr və marketinq üzrə vitse-prezidentinin müavini Vitali Bəylərbəyov deyib.

Onun sözlərinə görə, SOCAR indiyədək Rumıniya iqtisadiyyatına 50 mln. avro yatırıb: "Hazırda SOCAR brendi altına Rumıniyada 32 ədəd YDM fəaliyyət göstərir. Bu ilin sonuna qədər Rumıniyada daha 3-4 YDM açacağıq. Gələn il ərzində isə daha 10 ədəd YDM-in açılması nəzərdə tutulur. Bu tendensiyanı 3-4 il müddətində davam etdirəcəyik. Bununla da, hər il ümumilikdə 10 YDM fəaliyyətə başlayacaq." —deyə Bəylərbəyov bildirib.

SOCAR rəsmisi qeyd edib ki, şirkət yerli bazarda böyük oyunçuya çevrilmək niyyətində deyil, ancaq YDM şaxələndirməsini davam etdirəcək.

Əsas mövzular