10:44 03 Dekabr 2016
Canlı yayım
Yunanıstanın müdafiə naziri Panos Kammenos

Yunan nazir: Avropa bizi türklərə qarşı müdafiəsiz qoymaq istəyir

hellenicinsider.com
İQTİSADİYYAT
Qısa URL
Yunanıstan böhranı (7)
24 0 0

Avropa Birliyi və Beynəlxalq Valyuta fondunun kredit qarşılığında yunan hökumətinə etdiyi təklif bu ölkədə çox ciddi reaksiya ilə qarşılanıb.

BAKI, 29 iyun – Sputnik. Avropa Birliyi və Beynəlxalq Valyuta fondunun kredit qarşılığında yunan hökumətinə etdiyi təklif bu ölkədə çox ciddi reaksiya ilə qarşılanıb. 

Yunanıstan hökumətindən çox ciddi kəmər sıxma siyasəti izləməsini istəyən beynəlxalq kreditorlar, bu ölkənin iqtisadi böhrandan çıxması üçün dövlət orqanlarında və orduda ciddi ixtisarlar edilməsini istəyir. AB və BVF-nin bu son təklifini yunan millət vəkilləri “hiyləgər” adlandırıb. 

Müdafiə naziri Panos Kammenos isə kəmər sıxma və ixtisar siyasətinin ordunun zəifləməsinə gətirib çıxaracağını iddia edib.

“Digər qurumları deyə bilmərəm, ancaq orduda ixtisarlara getmək bizi türklərə qarşı müdafiəsiz və silahsız qoyacaq”, deyə müdafiə naziri bildirib.

Qeyd edək ki, beynəlxalq kreditorlar Yunanıstana veriləcək maddi yardım müqabilində, hökumətdən orduda 400 milyon avro ixtisar etməsini istəyir.

İyulun 5-də Yunanıstanda keçiriləcək referendumda xalq son təklifin qəbul edilib-edilməməsinə səs verəcək.

Mövzu:
Yunanıstan böhranı (7)

Əsas mövzular