11:57 11 Dekabr 2016
Canlı yayım
Elektrik

"Elektrik üsyanı"nın nəticəsi: ruslar bizneslərini ermənilərə satırlar

maide.az
İQTİSADİYYAT
Qısa URL
Elektrik üsyanı (17)
9120

Rusiyanın "İnter RAO" Açıq Səhmdar Cəmiyyəti ona məxsus "Ermənistan elektrik şəbəkələri"ni erməni əsilli rusiyalı biznesmen Samvel Karapetyana satır.

BAKI, 29 iyun — Sputnik. Rusiyanın "İnter RAO" Açıq Səhmdar Cəmiyyəti ona məxsus "Ermənistan elektrik şəbəkələri"ni erməni əsilli rusiyalı biznesmen Samvel Karapetyana satır. 

Bu barədə "Kommersant" qəzeti yazıb. 

Qəzetin məlumatına görə, artıq "İnter RAO" bu istiqamətdə Karapetyan və erməni əsilli başqa bir rusiyalı biznesmenlə danışıqlar aparır.

Samvel Karapetyan "Taşir" qrupunun prezidentidir.

Rusiyalı biznesmen Samvel Karapetyan
Rusiyalı biznesmen Samvel Karapetyan

Xatırladaq ki, mayın əvvəlində "Ermənistan elektrik şəbəkələri" İctimai xidmətlərin nizamlanması üzrə komissiyaya elektrik enerjisinə görə qiymətlərin qaldırılması barədə müraciət edib.

Komissiya bu müraciətə müsbət cavab verdikdən sonra Ermənistanda bu günədək davam edən qiymət artımına qarşı etiraz aksiyaları başlayıb. 

Mövzu:
Elektrik üsyanı (17)

Əsas mövzular