23:51 06 Dekabr 2016
Canlı yayım
Назим Мамедов

Sabiq millət vəkili öz biznesini İrana köçürüb

İQTİSADİYYAT
Qısa URL
448 0 0

Sabiq millət vəkili, iş adamı Nazim Məmmədov öz biznesini İranda inkişaf etdirmək niyyətindədir.

BAKI, 22 iyun — Sputnik. Sabiq millət vəkili, iş adamı Nazim Məmmədov öz biznesini İranda inkişaf etdirmək niyyətindədir.

Bu barədə Sputnik-ə açıqlamasında Nazim Məmmədov özü deyib.

Onun sözlərinə görə, artıq iki ilə yaxındır ki, biznes fəaliyyətini Təbriz yaxınlığında yerləşən Bonab sənaye və ticarət şəhərciyində qurub: “Artıq iki ildir ki, Bonabda “Javid Steel Bonab co” şirkəti təsisi etmişəm və bu müəssisə İran bazarına qısa zamanda daxil olaraq aktiv fəaliyət göstərməkdədir. Qısa zamanda özünə etibar qazanıb və özünəməxsus yer tutmaqdadır.”

Öz biznesinin İrana köçürməsinin səbəbini açıqlayan sabiq millət vəkili deyib ki, bir neçə il bundan öncə “Baku Steel company” rəqiblərinə qarşı reyder hücumları təşkil edib və bunun nəticəsində onun şirkəti Azərbaycandakı istehsalını dayandırmaq zorunda qalıb: “Biz müxtəlif dövlət qurumlarına, məhkəmələrə, hüquq-mühafizə orqanlarına müraciət etdik və bu müraciətlər nəticəsiz qaldı. Ona görə də biznes fəaliyyətini İrana köçürmək qərarına gəldim.”

İrandakı gələcək biznes fəaliyyət planlarından danışan Məmmədov bildirdi ki, bu günlərdə bu ölkədə səfərdə olub və bir sıra niyyət protokolları imzalayıb: “Orada Rusiyanın “Voronejselmaş” SC kimi kənd təsərrüfatı texnikası istehsalı ilə məşğul olan müəssisə ilə birgə əməkdaşlıq sahəsində niyyət proitokolu imzaladıq. İranın Ənzəli limanında 30 min tonluq, Bonab şəhərində isə 10 min tonluq toxum elevatoru anbarının, bundan əlavə sutkada gücü 200 ton olan un dəyirmanının tikintisi ilə bağlı niyyət protokolu imzalandı. Eyni zamanda müxtəlif növ kənd təsərrüfati texnikasının istehsalı ilə bağlı olaraq lazer fotooptik texnologiyanın quraşdırılması nəzərdə tutulur. Yaxın zamanlarda yuxarıda dediyim bu  layihələrin reallaşdırılmasına investisiya yatırılacaq.”

  • Eks-deputat Nazim Məmmədov biznesini İrana köçürür
    Eks-deputat Nazim Məmmədov biznesini İrana köçürür
  • Eks-deputat Nazim Məmmədov biznesini İrana köçürür
    Eks-deputat Nazim Məmmədov biznesini İrana köçürür
  • Eks-deputat Nazim Məmmədov biznesini İrana köçürür
    Eks-deputat Nazim Məmmədov biznesini İrana köçürür
1 / 3
Eks-deputat Nazim Məmmədov biznesini İrana köçürür

Məmmədov bu layihələrin reallaşmasına İran və Rusiya dövlətlərinin xüsusi dəstəyinin olduğunu qeyd etdi.

Əsas mövzular