17:42 03 Dekabr 2016
Canlı yayım
İrəvan şəhəri

Ermənistan xarici investorlar üçün əhəmiyyətini itirib

avia-tourism.com.ua
İQTİSADİYYAT
Qısa URL
6 0 0

Ermənistanın “Haykakan Jamanak” qəzeti bu ölkədəki ağır iqtisadi vəziyyətdən yazıb.

BAKI, 19 iyun — Sputnik. Ermənistanın “Haykakan Jamanak” qəzeti bu ölkədəki ağır iqtisadi vəziyyətdən yazıb.

Bildirilir ki, Ermənistan artıq xarici investorlar üçün əhəmiyyətini itirib. Beynəlxalq reytinq agentlikləri ölkənin xarici və daxili valyutada uzunmüddətli reytinqini aşağı salıb. Ermənistanın qiymətli kağızlarla bağlı reytinqi də bu qayda ilə endirilib. Bu, son vaxtlar ölkədə iqtisadi reytinqin endirilməsi ilə bağlı artıq üçüncü hadisədir. Bundan əvvəl “Moody’s” agentliyi Ermənistanın reytinqini aşağı salmışdı. Ermənistanda iqtisadi inkişafın tempinin azalması və tənəzzüllə bağlı Avropa Bankının proqnozları da buraya əlavə edilsə, aydın olur ki, bu ölkə xarici investorlar üçün tam maraqsızdır.

Qəzetin məlumatına görə, bu il xaricdən Ermənistana gələn pul transfertləri yarıbayarı azalacaq, ixrac isə 10-15 faiz ixtisar olunacaq. Hazırda Ermənistanın xarici valyuta ehtiyatları son beş ilin ən aşağı səviyyəsindədir. Ermənistan hökumətinin hansısa xarici dövlət və ya beynəlxalq maliyyə qurumu tərəfindən irihəcmli yardım alacağına heç bir ümidi də yoxdur.

Əsas mövzular