03:49 04 Dekabr 2016
Canlı yayım
Ət məhsulları

Azərbaycana ət məhsulları göndərəcək şirkətlərin siyahısı hazırlanır

zoom1
İQTİSADİYYAT
Qısa URL
30 0 0

Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti Azərbaycan, Türkiyə və İrana ət tədarükü edəcək şirkətlərin siyahısını hazırlayıb.

BAKI, 18 iyun — Sputnik. Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti Azərbaycan, Türkiyə və İrana ət tədarükü edəcək şirkətlərin siyahısını hazırlayıb.

Sputnik "APA-Economics"ə istinadən xəbər verir ki, bu barədə qurumun saytında məlumat verilib. Burada bildirilib ki, Rusiyanın mal, qoyun və toyuq əti istehsalı ilə məşğul olan müəssisələrində müvafiq yoxlamaların aparılması ilə bağlı Azərbaycan, Türkiyə və İranın baytarlıq xidmətləri ilə ilkin razılıq əldə olunub.

Hazırda Federal Xidmət potensial ixracatçıların siyahısını hazırlayır.

Əsas mövzular