11:55 11 Dekabr 2016
Canlı yayım
21st World Petroleum Congress

“Türk axını”na dair RF-Türkiyə sənədləri iyuladək hazır olacaq

Ramil Sitdikov
İQTİSADİYYAT
Qısa URL
7 0 0

Rusiya və Türkiyə iyul ayının sonunadək “Türk axını” qaz kəmərinin tikintisinə dair hüquqi öhdəliklər barədə sənədləri hazırlayacaqlar.

BAKI, 17 iyun – Sputnik. Rusiya və Türkiyə iyul ayının sonunadək “Türk axını” qaz kəmərinin tikintisinə dair hüquqi öhdəliklər barədə sənədləri hazırlayacaqlar. 

Bu barədə RİA Novosti-yə Rusiya energetika naziri Aleksandr Novak məlumat verib. 

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Rusiya və Türkiyə liderlərinin Bakıdakı son görüşündə “Türk axını” layihəsini də müzakirə etdiklərini bildirib.

“Prezidentlər qaz kəmərinin dənizdən keçən hissəsinin tikintisinin başlanma məsələsini müzakirə ediblər. Bunun üçün iyulun sonunadək kəmərin dəniz hissəsinin tikintisinə icazə almaq lazımdır. Söhbət daha əvvəl “Cənub axını” üçün alınmış icazənin yenidən təsdiqindən gedir. İkincisi, Türkiyənin xüsusi iqtisadi zonasında və ərazi sularında təqiqat işlərinin aparılması üçün vacib olan icazənin alınmasıdır”, deyə Novak bildirib.

Eyni zamanda nazir dəqiq tarix deməkdən çəkinib. 

“Bu dövlətlərin daxili prosedurundan asılı məsələdir. İyunun sonunadək ən azı bu sənədin layihəsi hazır olacaq”, deyə nazir fikrini yekunlaşdırıb.

Əsas mövzular