14:17 04 Dekabr 2016
Canlı yayım
Odessa şəhəri

Saakaşvili Odessada yeni liman tikir

snpltd.ru
İQTİSADİYYAT
Qısa URL
16 0 0

Mixail Saakaşvili Odessanı Rusiyadan yan keçməklə Şərqdən gətirilən məhsullarla təmin etmək istəyir.

BAKI, 16 iyun — Sputnik. Mixail Saakaşvili Odessanı Rusiyadan yan keçməklə Şərqdən gətirilən məhsullarla təmin etmək istəyir.

Sputnik Ukrayna mətbuatına istinadən xəbər verir ki, Odessa vilayətinin Administrasiya rəhbəri Mixail Saakaşvili  vilayətdə yeni yük limanı tikintisini reallaşdırmaq niyyətindədir. O  yeni yük limanı vasitəsi ilə Rusiyadan yan keçməklə Şərqdən gətirilən yüklərin Avropaya daşınmasını təmin etmək istəyir. 

Saakaşvili deyib ki, yeni liman yük daşımalarında vaxta da qənaət edəcək və yük bir neçə dəfə tez ünvanına çatdırılacaq: “Əgər Rusiya ərazisindən keçməklə yük Odessaya 30 günə daşınırsa,  Azərbaycandan Gürcüstanın Poti limanına və oradan da Odessaya yük cəmi doqquz günə çatacaq.

Bu həm vaxta qənaətdir, həm də ucuz başa gələcək.”

Saakaşvili onu da bəyan edib ki, bu layihənin reallaşması üçün buraya investisiya cəlb olunmalıdır və bu sahəyə investisiya yatırmaq istəyən sərmayəçilər də var: “Layihənin reallaşması üçün ilk növbədə yükdaşımalar üçün tarif qiymətləri ucuzlaşdırılmalıdır. Tarif qiymətləri çox yüksəkdir. İkincisi,  burada limanla yanaşı logistik mərkəz tikilməlidir.”

Əsas mövzular