10:00 08 Dekabr 2016
Canlı yayım
Bakı Fəvvarələr meydanı

Turistlər Bakıdakı bahaçılıqdan narazıdır

sputnik.az
İQTİSADİYYAT
Qısa URL
183 0 0

Vüqar Bayramov: kirayə qiymətlərindəki süni artımın qarşısını almaq üçün Dövlət Əmlak Komitəsi qiymət tavanı müəyyənləşdirməlidir.

BAKI, 16 iyun – Sputnik. Avropa oyunları ərəfəsində Bakıdakı kirayə ev qiymətlərindəki süni artım bəzi turistlərin narazılığına səbəb olub. 

Bir çox xarici vətəndaş maklerlərlə ev sahiblərinin əlbir olub qiymətlərdə onları aldatdıqlarını düşünür. Şişirdilmə qiymətlərdən daha çox avropalı turistlər əziyyət çəkir. Onların türklərdən fərqli olaraq azərbaycan dilini başa düşə bilməmələri bəzi maklerlərin işini daha da asanlaşdırır. 

Paytaxtda uzun müddət qalmağı planlaşdıran xarici vətəndaşların əksəriyyəti ucuz başa gəlsin deyə otel əvəzinə kirayə evlərə üz tuturlar. Lakin icarə mənzil qiymətlərindəki anormallıq Bakını doya-doya gəzmək istəyənlərin arzusunu ürəyində qoyur. 

Təəssüf ki, məsələ tək bununla bitmir. Restoranlarda xidmət səviyyəsi Avropa standartlarına uyğun olmasa da, menyudakı qiymətlər tam əksini göstərir. Bahaçılıqda bir çox Avropa ölkəsini üstələdiyimizi asanlıqla demək olar. Belə neqativ hallar isə ölkədə turizmin inkişafına birbaşa mənfi təsir göstərir. 

Azərbaycana gələn turist axını əvvəlki illərlə müqayisədə artsa da, bu sahədə irəliləyiş istənilən səviyyəyə çatmayıb. Məsələ ilə bağlı ekspert Vüqar Bayramov öz fikirlərini Sputnik-ə bildirib. 

Vüqar Bayramov
hafta.az
Vüqar Bayramov

Ekspertin fikrincə kirayə qiymətlərindəki süni artımın qarşısını almaq üçün Dövlət Əmlak Komitəsi qiymət tavanı müəyyənləşdirməlidir. Və bu barədə ictimaiyyət məlumatlandırılmalıdır. Yalnız belə olan halda problemin qarşısı müəyyən qədər alına bilər. 

Əsas mövzular