17:37 03 Dekabr 2016
Canlı yayım
Yunanıstan

Yunanıstan Avropanı razı sala bildi

© http://i.huffpost.com/
İQTİSADİYYAT
Qısa URL
3 0 0

Avropa Birliyi - Latın Amerikası zirvəsi üçün Brüsselə gələn Yunanıstanın baş naziri Aleksis Tsipras, ilk əvvəl İttifaqın komissiya başçısı Jan Klod Yunker, sonra isə Fransa və Almaniya liderləri ilə görüşüb.

BAKI, 11 iyun – Sputnik. Avropa Birliyi — Latın Amerikası zirvəsi üçün Brüsselə gələn Yunanıstanın baş naziri Aleksis Tsipras, ilk əvvəl İttifaqın komissiya başçısı Jan Klod Yunker, sonra isə Fransa və Almaniya liderləri ilə görüşüb. 

Almaniya kansleri Angela Merkel və Fransa prezidenti Fransua Olland görüşdən sonra mətbuata açıqlama verməyiblər. 

Yunan baş nazir Tsipras jurnalistlərə şərhində, danışıqların müsbət keçdiyini deyib.

“Avropalı liderlər Yunanıstanın borcunu ödəmək üçün vaxta ehtiyac olduğunu nəhayət ki başa düşdülər”, deyə Tsipras əlavə edib. 

Almaniya hökumət sözçüsü də, tərəflərin, Yunanıstanla kreditorlar arasındakı müzakirələrin sıx şəkildə davam etdirilməsi mövzusunda razılaşdıqlarını qeyd edib.

Teqlər:
Avropa Birliyi, Aleksis Tsipras, Fransua Olland, Angela Merkel, Yunanıstan, Brüssel

Əsas mövzular