23:49 06 Dekabr 2016
Canlı yayım
самолет

AZAL-dan Avropa Oyunları iştirakçılarına şok təklif

kvartirka.com
İQTİSADİYYAT
Qısa URL
14 0 0

Azərbaycan Hava Yolları” QSC (AZAL) bütün reyslərinə Bakıda keçiriləcək ilk Avropa Oyunlarında akkreditasiyadan keçmiş xarici ölkə vətəndaşlarına biletləri 50 faiz endirim edəcək.

BAKI, 9 iyun — Sputnik. Azərbaycan Hava Yolları” QSC (AZAL) bütün reyslərinə  Bakıda keçiriləcək ilk Avropa Oyunlarında akkreditasiyadan keçmiş xarici ölkə vətəndaşlarına biletləri 50 faiz endirim edəcək.

“Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən Sputnik-ə verilən məlumatda deyilir ki, AZAL 12-28 iyunda Bakıda keçiriləcək ilk Avropa Oyunlarında akkreditasiyadan keçmiş xarici ölkə vətəndaşları üçün xüsusi aksiyanın başlamasını elan edir. Belə ki,  xarici ölkə vətəndaşları ilk Avropa Oyunlarına akkreditasiya buraxılışını (beyc) təqdim etməklə 2015-ci ilin sonunadək AZAL şirkətinin bütün reyslərinə biletləri 50 faiz endirimlə əldə edə bilərlər. Qonaqlarımıza akkreditasiya vərəqələrini saxlayıb, Azərbaycana yenidən səfər etmək üçün gözəl fürsətdən istifadə etməyi təklif edirik.

Hər il Azərbaycandan dünyanın 38 ölkəsinə 16 mindən çox beynəlxalq reys həyata keçirilir.

AZAL-ın Azərbaycanın 5 şəhəri (Bakı, Gəncə, Lənkəran, Naxçıvan və Sumqayıt) ilə yanaşı, dünyanın bir çox mərkəz şəhərlərində — London (Böyük Britaniya), Paris (Fransa), Berlin və Frankfurt (Almaniya), Milan və Roma (İtaliya), Barselona (İspaniya), Praqa (Çexiya), Nyu York (ABŞ), Pekin (Çin), Seul (Koreya), Ankara və İstanbul (Türkiyə), Dubay (BƏƏ), Tehran və Təbriz (İran), Tel-Əviv (İsrail), Moskva, Sankt-Peterburq, Astraxan, Yekaterinburq, Kazan, Krasnoyarks, Mineralnıye Vodı, Nijniy Novqorod, Novosibirsk, Perm və Rostov-na-Donu (Rusiya), Minsk (Belarus), Kiyev (Ukrayna), Aktau (Qazaxıstan), Tbilisi (Gürcüstan) və Bişkekdə (Qırğızıstan) də ofisləri var.

“Azərbaycan Hava Yolları” QSC ilk Avropa Oyunlarının rəsmi sponsorudur.

Əlaqədar

Bakı-2015-in açılış və bağlanış günündə marşrutların xətləri dəyişdi
Bakıda bir sıra yollarda nəqliyyatın hərəkət istiqaməti dəyişdiriləcək
“Neurope.eu” Bakı-2015 I Avropa Oyunlarından yazıb
“Tissot” “Bakı 2015” Avropa Oyunları üçün xüsusi saatlar buraxıb

Əsas mövzular