03:50 04 Dekabr 2016
Canlı yayım
HSBC bankı

HSBC 20 min əməkdaşını ixtisar etməyə hazırlaşır

hsbc.com
İQTİSADİYYAT
Qısa URL
6 0 0

Avropanın ən iri banklarından biri olan HSBC bütün dünya üzrə 20 min əməkdaşını ixtisar etmək niyyətində olduğunu bildirib.

BAKI, 8 iyun — Sputnik. Avropanın ən iri banklarından biri olan HSBC bütün dünya üzrə 20 min əməkdaşını ixtisar etmək niyyətində olduğunu bildirib.

İxtisarlar biznesin gəlirliyini artırmaq məqsədi daşıyır. Beləliklə də bankın ştatı 7 faizə qədər azaldılacaq. HSBC-nin hazırda dünya üzrə işçilərinin ümumi sayı 266 min nəfərdir.

Bankın Böyük Britaniyadakı filiallarında 8 minə qədər əməkdaşın ixtisar olunacağı gözlənilir. Bundan başqa, HSBC Türkiyə və Braziliyadakı zərərlə işləyən bölmələrini bağlamaq, mənzil-qərargahını Londondan köçürmək istəyir. Bu barədə qərar ilin sonunadək qəbul edilməlidir. KİV-lər bankın Honkonqa köçürülməsi barədə danışıqların getdiyini yazırlar.

Bankı bu addımı atmağa yüksək vergilər vadar edir. Son dörd ildə Britaniya bankları əməliyyatların həcminə uyğun əlavə illik vergi ödəməyə məcbur olublar. Təkcə keçən il HSBC dövlətə 1 milyard dollara qədər vergi ödəyib.

Əlaqədar

“Sony” min nəfəri işdən azad etdi
Teqlər:
bankın ştatı, zərərlə işləyən, mənzil-qərargah, qərar, filial, bank, İxtisar, HSBC, Braziliya, Honkonq, Britaniya, Türkiyə, London, Avropa

Əsas mövzular