21:57 02 Dekabr 2016
Canlı yayım
Şumlama işləri

Xaçmaz rayonunda "Yalama Aqropark"ın tikintisi davam edir

imenno.ru
İQTİSADİYYAT
Qısa URL
10 0 0

Sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair növbəti işgüzar forum iyunun 4-də Xaçmaz rayonunun Köhnə Xaçmaz kəndində keçirilib.

BAKI, 4 iyun — Sputnik. Sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair növbəti işgüzar forum iyunun 4-də Xaçmaz rayonunun Köhnə Xaçmaz kəndində keçirilib.

Forum çərçivəsində Xaçmaz rayonunun Yalama qəsəbəsində dövlətin güzəştli krediti ayrılmış "Yalama Aqropark"ın təşkili işlərinə baxış keçirilib.

Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən, respublikada aqroparkların yaradılması davam etdirilir. Növbəti aqroparkın Xaçmaz rayonunda yaradılmasına başlanıb. Yalama qəsəbəsində 523 ha sahədə "Yalama Aqropark" da istehsal və emal müəssisələrinin yaradılmasında ABŞ, İsveç, İtaliya, Hollandiya və Türkiyə istehsalı olan avadanlıqlardan istifadə olunur. 385 ha ərazidə ABŞ istehsalı olan süni yağış yağdırma üsulu ilə müasir suvarma sistemləri quraşdırılıb. Artıq 335 ha sahədə yazlıq qarğıdalı səpini həyata keçirilib. Təsərrüfatın fasiləsiz su ilə təminatı üçün 3,2 km uzunluğunda beton suvarma kanalı çəkilib və tutumu 50 min m3 olan su hovuzu tikilib. Bu təsərrüfatın suya olan tələbatını ödəməklə yanaşı, ətraf kəndlərin də suvarma suyuna olan ehtiyacının ödənilməsində mühüm rol oynayacaq. Hazırda ərazidə saatda 5 ton yem istehsal edən zavod tikilir.

Bununla yanaşı, aqroparkda müasir texnologiyanın tətbiqi ilə cins iri buynuzlu heyvandarlıq kompleksinin, süd emalı, istixana kompleksi və intensiv bağçılıq təsərrüfatının yaradılması nəzərdə tutulur. Layihənin icrası nəticəsində 200-dən artıq yeni iş yeri yaradılacaq.

Aqroparklarda müasir istehsal, emal və infrastruktur müəssisələrinin yaradılmasına 20 milyon manata yaxın güzəştli kredit verilib. Aqroparkların yaradılmasında əsas məqsəd yüksək məhsuldarlığa nail olunması, ixracın coğrafiyasının genişləndirilməsi, həcminin artırılması, milli brendlərin formalaşdırılması, intensiv metodların tətbiqi, istehsalçı, emalçı və istehlakçı arasında inteqrasiya münasibətlərinin genişləndirilməsi və yeni iş yerlərinin yaradılmasıdır.

Əsas mövzular