22:03 02 Dekabr 2016
Canlı yayım
SOCAR

Azərbaycan DESFA-dakı payından imtina etməyəcək

© www.socar.az
İQTİSADİYYAT
Qısa URL
18 0 0

Biz tenderi udmuşuq və bundan geri çəkilmək niyyətimiz yoxdur, deyə SOCAR xarici investisiyalar departamentinin rəisi Vaqif Əliyev bildirib.

BAKI, 2 iyun — Sputnik. Azərbaycan DESFA-dakı 66%-lik payından imtina etmək niyyətində deyil.

Bu barədə jurnalistlərə Azərbaycan Respubikası Dövlət Neft Şirkətinin (ARDNŞ, SOCAR) xarici investisiyalar departamentinin rəisi Vaqif Əliyev bildirib. 

"Yunan tərəfi bizim faizimizi 49%-ə endirmək istəyir. Amma biz tenderi udmuşuq və bundan geri çəkilmək niyyətimiz yoxdur. Mövzuyla bağlı danışıqlar davam edəcək”, deyə Əliyev bəyan edib.

ARDNŞ 2013-cü ilin dekabrında Yunanıstanın qaz operatoru DESFA-nın 400 milyon avroluq 66 faiz səhmlərinin əldə edilməsi üzrə tenderin qalibi olub. Qalan hissə Yunanıstana məxsus olacaq.


Əsas mövzular