22:00 02 Dekabr 2016
Canlı yayım
Президент Азербайджана Ильхам Алиев

Azərbaycan Cənub qaz dəhlizinin reallaşmasında liderlik rolunu oynayır

© Sputnik / Сергей Гунеев
İQTİSADİYYAT
Qısa URL
12 0 0

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Bakıda keçirilən 22-ci Beynəlxalq “Xəzər Neft və Qaz 2015” (“Caspian Oil and Gas 2015”) sərgisinin açılışında çıxış edib.

BAKI, 2 iyun — Sputnik. Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Bakıda keçirilən 22-ci Beynəlxalq “Xəzər Neft və Qaz 2015” (“Caspian Oil and Gas 2015”) sərgisinin açılışında çıxış edib.

“Azərbaycan Cənub qaz dəhlizinin reallaşmasında liderlik rolunu oynayır və üzərinə düşən məsuliyyəti yaxşı dərk edir. Artıq Cənub qaz dəhlizi reallıqdır və bunun icrasına başlanılıb”, deyə dövlət başçısı öz çıxışında qeyd edib.

Çıxışında TANAP layihəsinə də toxunan prezident İlham Əliyev sözügedən layihənin qısa müddətdə istismara veriləcəyini müjdələyib: “Cənub qaz dəhlizinin tərkibi hesab olunan TANAP 3 il ərzində tikilib istismara veriləcək və "Şahdəniz-2" yatağındakı qaz Gürcüstan və Türkiyəyə nəql ediləcək”.

Ölkə rəhbəri TAP layihəsinin icrasında da problem olmayacağını vurğulayıb: “Sadəcə burada TAP layihəsinə üzv olan ölkələr üzərlərinə düşən məsuliyyəti yaxşı dərk etməli və layihənin reallaşmasına çalışmalıdırlar. Azərbaycan da məsuliyyətini dərk edir. Ona görə də hesab edirik ki, TAP layihəsinin reallaşmasında üzv ölkələrin koordinasiyasına ehtiyac var. Hesab edirəm ki, heç bir ölkə bu layihənin icrası zamanı imtiyazlar əldə etməyə çalışmamalıdır”.

Dövlət başçısı bildirib ki, TAP-ın forması digərlərindən fərqlidir və bu layihəyə yeni oyunçular daxil edilib: “Ona görə də bu layihənin reallaşmasında ortaya çıxan məsələlər zamanı tərəflər üzərinə düşən məsuliyyəti dərk etməli və həllinə çalışmalıdır. Süni maneələr olmamalıdır və olmayacaqdır. Nəticədə TAP vaxtında icra olunacaq və Avropa alternativ mənbə ilə öz enerji təhlükəsizliyini təmin edəcək”.


Əlaqədar

Riçard Morninqstar: “Türk axını” layihəsinin TANAP və “Şahdəniz-2” layihələrinə təsiri olmayacaq

Əsas mövzular