17:42 03 Dekabr 2016
Canlı yayım
İQTİSADİYYAT

Polşa baş nazirinin müavini Bakıya səfərə gəlir

İQTİSADİYYAT
Qısa URL
1 0 0

Polşa Respublikası Baş nazirinin müavini, iqtisadiyyat naziri, Azərbaycan-Polşa hökumətlərarası komissiyasının həmsədri Yanuş Pexoçinski bu gün Bakıya işgüzar səfərə gəlir.

BAKI, 1 iyun — Sputnik. Polşa Respublikası Baş nazirinin müavini, iqtisadiyyat naziri, Azərbaycan-Polşa hökumətlərarası komissiyasının həmsədri Yanuş Pexoçinski bu gün Bakıya işgüzar səfərə gəlir.

Polşanın İqtisadiyyat Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, Y.Pexoçinskinin üçgünlük səfəri iyunun 2-5-də Bakıda keçiriləcək 22-ci Beynəlxalq “Xəzər neft, qaz, neftayırma və neft kimyası” sərgisi və konfransında iştirak etmək məqsədi daşıyır. Sərgi və konfransda Polşanı bir neçə şirkət təmsil edəcək.

Yanuş Pexoçinskini Polşanın hökumət və iş adamlarından ibarət nümayəndə heyəti müşayiət edəcək.

Səfər çərçivəsində Azərbaycan hökumətinin üzvləri və sahibkarlarla görüşlər planlaşdırılır. Görüşlərdə Azərbaycan ilə Polşa arasında iqtisadi əməkdaşlıq məsələləri və qarşılıqlı fəaliyyət imkanları müzakirə ediləcək.

Azərbaycan ilə Polşa arasında əmtəə dövriyyəsinin həcmi 2013-cü illə müqayisədə 2014-cü ildə 10 milyon dollar artaraq, 140 milyon dollar təşkil edib. Bu ilin birinci rübündə Azərbaycandan Polşaya idxalat 3,7 milyon dollar, ixracat isə 27,6 milyon dollar təşkil edib.

Əsas mövzular