18:37 10 Dekabr 2016
Canlı yayım
Bank Technique

“Bank Technique” qısamüddətli əmanət faizlərini illik 14%-dək artırdı

banco.az
İQTİSADİYYAT
Qısa URL
9 0 0

Artım əhali arasında ən populyar hesab edilən milli valyutada “Standart” əmanətinə şamil olunur.

BAKI, 1 iyun — Sputnik. “Bank Technique” ASC 1 iyun tarixində “İsti yayın sərinləşdirici qazancı” adlı kampaniyası çərçivəsində fiziki şəxslərin əmanətləri üzrə faiz dərəcələrini artırıb.

Artım əhali arasında ən populyar hesab edilən milli valyutada “Standart” əmanətinə şamil olunur.  

Yayın sonu, 31 avqust tarixinə kimi hər bir müştəri Banka müraciət edərək, 12 ay müddətinədək əmanət yerləşdirə və illik 14%-ə qədər qazanc əldə edə bilər. Əmanət üzrə digər şərtlər dəyişməz olaraq qalır.

Xatırladaq ki, fevral ayında da “Bank Technique”də əmanət faizlərinin artırılması barədə qərar qəbul edilib. “Standart” əmanət növü üzrə illik faiz dərəcəsi 10%-dən 12%-ə yüksəldilib.

Bundan əlavə, “Bank Technique”, Əmanətlərin Sığortalanması Fondunun qorunan əmanətlər üzrə faiz dərəcəsinin yuxarı həddinin 9%-dən 12 %-ə qaldırılması barədə qərarını nəzərə alaraq, müvafiq olaraq “Sığortalı” əmanətinin illik faiz dərəcəsini 12% müəyyən edib. 

Bank həmçinin “Tələbli” depoziti üzrə faiz dərəcələrini artırıb: 6%-dək.

Əmanətlərin bütün şərtləri ilə Bankın saytında, “Depozitlər” bölməsindən tanış olmaq mümkündür.

1994-cü ildən Azərbaycanın maliyyə xidmətləri bazarında fəaliyyətə başlayan “Bank Technique” Açıq Səhmdar Cəmiyyəti (ASC), 2012-ci ilin sentyabr ayında həyata keçirdiyi uğurlu rebrendinq nəticəsində, innovativ və qabaqcıl bank imicini yarada bilib. Özəl bank sektorunda uğurlu və sürətli inkişaf mexanizmi ilə fərqlənən “Bank Technique” ASC, Azərbaycanda geniş spektrdə bank və maliyyə xidmətləri göstərir.

Hazırda “Bank Technique”in filial və şöbələri Bakı, Gəncə, Sumqayıt, Abşeron, Mingəçevir, Quba, Qəbələ, Beyləqan, Biləsuvar, Zaqatala, Cəlilabad, Ağstafa və Lənkəranda müştərilərin xidmətindədir.

Əsas mövzular