Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Yeni “CinemaPlus” kinoteatrı açılacaq

© Photo : cinemaplus.az“CinemaPlus” kinoteatrı
“CinemaPlus” kinoteatrı - Sputnik Azərbaycan
Abunə olmaq
“CinemaPlus” kinoteatrlar şəbəkəsinə “Cinema Plus 28 Mall”, “Cinema Plus Ganjlik Mall”, “Cinema Plus Amburan Mall” və Gəncə şəhərində yerləşən “Cinema Plus Khamsa” daxildir.

BAKI, 1 dek — Sputnik. Bakıda Bakıxanov qəsəbəsində, “Aygun City” Ticarət mərkəzinin 3-cü mərtəbəsində “CinemaPlus” premium kinoteatrı açılacaq. 

Kinoteatrda dünya standartlarına cavab verən 7 zal və 395 oturacaq yerləri var. Zallar rahat və yüksək səviyyəli kreslolar ilə təchiz olunub.  

Kinomanlara unudulmaz anlar və ideal istirahət bəxş etmək imkanı bununla məhdudlaşmır. Film izləmək və bundan həzz almaq popkornsuz və soyuq içkilərsiz təsəvvüredilməzdir. Burada xoş və rahat istirahət üçün 4 növdə popkorn, şəkərli pambıq, buzlu alkoqolsuz kokteyllər və başqa içkilər təklif olunur. 

“CinemaPlus” kinoteatrlar şəbəkəsinə “Cinema Plus 28 Mall”, “Cinema Plus Ganjlik Mall”, “Cinema Plus Amburan Mall” və Gəncə şəhərində yerləşən “Cinema Plus Khamsa” daxildir.

“CinemaPlus” kinoteatrlar şəbəkəsi hər zaman sizlərə xoş sürprizlər etmək və kino tarixində olan ən yaxşı premyeralar ilə sevindirməyə hazırdır.  

Ətraflı məlumat üçün İOSAndroid əməliyyat sistemli smartfonlar üçün yeni “CinemaPlus” mobil əlavəsini yükləyin.  

Xəbər lenti
0