Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Əsərlərini azərbaycanca yazan erməni şair

© Sputnik / Kirill Kallinikov / Mediabanka keçidQələm
Qələm - Sputnik Azərbaycan
Abunə olmaq
Və ya "Çırpınırdı Qara dəniz" erməni mahnısıdırmı?

BAKI, 1 dek — Sputnik. Sayat Nova, ya da əsl adı ilə Harutyun Sayatyan… Bir də azərbaycanlıların ona xitab etdiyi ad var: Səyyad Nova. Bu ad fars dilində "mahnı ovçusu" mənasını verir.

Anası gürcü, atası Hələbdən köç etmiş erməni olan, özü Tiflisin Sənayin kəndində doğulan, ermənicə, gürcücə, azərbaycanca, farsca və ərəbcə əsərlər yazan şair, yazıçı və ozan Sayat Nova olduqca maraqlı, həm də müəmmalı tale yaşamışdır. Onun çoxsaylı şeirlərinin və musiqilərinin böyük qismi Azərbaycan dilindədir.

Dərdli insan - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Yazıçıya təcavüz etdilər

Deyirlər ki, sənətin irqi, milliyyəti, dili, dini və cinsi yoxdur. Həmişə bu fikirlə rastlaşanda ağlıma ilk gələn adlardan biri də Sayat Nova olur. Çünki Sayat Novada dillər də, millətlər də birləşib. Bütün Qafqazın üstünə nəhəng bir sənətlə qanad açıb onların hamısını bağrına basmışdır.

Tiflisdə qısa zamanda şöhrət qazandıqdan sonra çar II İraklinin təşkil etdiyi ziyafətlərə dəvət olunur, bir neçə dil bildiyinə görə diplomatik görüşlərdə iştirak edir. Həmin dönəmdə İran hegemonluğuna qarşı ermənilərin, gürcülərin və azərbaycanlıların birləşməsini təşkil edir.

Amma bir müddət sonra bütün qazandıqlarını, vəzifələrini itirir. Çünki çar II İraklinin bacısı Annaya aşiq olması dillərdə dolaşır, Annaya şeirlər və mahnılar yazdığı danışılır. Bu söz-söhbət çarın qulağına çatan kimi onu saraydan qovdurur. Bu hadisədən sonra Sayat Nova Gürcüstandan həmişəlik ayrılır və bir daha ora geri qayıtmır.

Bir müddət eldən-elə dolaşan aşıq kimi fəaliyyət göstərsə də, sonralar həyatını kilsə ilə bağlayır. Ömrünün sonuna qədər Ermənistanda Haxpat Monastrında rahiblik edir və bir gün monastrda öldürülür.

Onun niyə öldürülməsinə dair bir neçə iddia var. Bəzi iddialara görə, Ağa Məhəmməd şah Qacarın adamları Sayat Novaya İslamı qəbul etdirmək istəyir, amma o, bunu qəbul etmədiyi üçün öldürülür. Başqa bir iddiaya görə, onun nüfuzunu digər erməni rahibləri qısqanmış və bu səbəbdən ona sui-qəsd təşkil etmişdilər. Ən çox həqiqətə uyan və daha çox mənbələrdə göstərilən iddiaya görə, Ağa Məhəmməd şah Qacarın adamları Sayat Novaya işgəncələr verərək xəzinənin yerini öyrənmək istəyiblər, amma Sayat Nova xəzinənin yerini deməyib və işgəncələrin sonunda ölmüşdür.

Salvador Dali - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Salvador Dali falçı idimi?

Sayat Nova hər nə qədər dostluq rəmzi olsa da, bir o qədər də mübahisələrə səbəb olmuşdur. Çünki sözləri Əhməd Cavada, musiqisi Üzeyir Hacıbəyova məxsus olduğu deyilən məşhur "Çırpınırdı Qara dəniz" mahnısı, bir sıra xarici mənbələrdə, xüsusən də erməni mənbələrində Sayat Novanın "Kamança" adlı mahnısı ilə eynilik təşkil edir. Əgər mahnı həqiqətən Sayat Novaya məxsusdursa, bu, Üzeyir Hacıbəyovun mahnını mənimsədiyi, ya da qəsdən Üzeyir Hacıbəyovun adına çıxarılması anlamına gəlir. Çünki Sayat Nova Üzeyir Hacıbəyovdan təxminən iki əsr əvvəl yaşamış, 1795-cı ildə öldürülmüşdür.

"Çırpınırdı Qara dəniz" mahnısı isə 1918-ci ildə Üzeyir Hacıbəyovun adından yayımlanmışdır. Əlbəttə, Üzeyir bəyin Qafqaz xalqlarının dostluğunu simvolizə edən Sayat Novadan bəhrələnməsi də normaldır. Bunlardan hansının doğru olduğunu bilmirik, amma bu məsələdə bir tarixi uydurmanın, saxtalaşdırmanın, ya da qəsdən oğruluğa yozmaq niyyətinin olması mütləqdir.

Sayat Novanın həyatı haqqında məşhur erməni əsilli rejissor Sergey Paracanov 1969-cu ildə "Narın rəngi" filmini çəkmişdir. Bu filmdə rejissor klassik film elementlərindən istifadə etmiş, məzmunda daha çox rəmzlərə üstünlük vermişdir. Filmdə Sayat Novanın azərbaycanca yazdığı şeirlərdən də istifadə olunmuşdur. Sergey Paracanov bu filmdə şairin şeirlərindən çox istifadə etdiyinə və məzmunu onun şeirləri üzərində qurduğuna görə ssenari müəllifi kimi həm Sayat Nova imzasını, həm də öz imzasını göstərmişdir.

Taleyin ironiyasıdır ki, Sergey Paracanov da Sayat Nova kimi ağrılı tale yaşamış, homoseksual olduğunu etiraf etdiyinə görə, 1973-cü ildə həbs olunmuş, Fellini, Mikelancelo, Tarkovski kimi bir neçə rejissorun Brejnevə məktubla müraciətindən sonra, 1977-ci ildə sərbəst buraxılmış, 1990-cı ildə vəfat etmişdir.

Xəbər lenti
0