Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

"Qürbətdən gələn məktublar" ünvana çatdı

© Photo : Akademik Milli Dram Teatrının mətbuat xidmətiAkademik Milli Dram Teatrında "Qürbətdən gələn məktublar" tamaşası
Akademik Milli Dram Teatrında Qürbətdən gələn məktublar tamaşası - Sputnik Azərbaycan
Abunə olmaq
Səhnə əsəri ilk dəfə teatrda 2003-cü ildə rejissor, xalq artisti Ramiz Həsənoğlunun quruluşunda "Brüsseldən məktublar" adı ilə səhnəyə qoyulub

BAKI, 22 noy — Sputnik. Akademik Milli Dram Teatrında "Qürbətdən gələn məktublar" tamaşası nümayiş etdirilib. Teatrın mətbuat xidmətindən Sputnik-ə verilən məlumata görə, yazıçı-diplomat Həsən Həsənovun eyniadlı əsəri əsasında hazırlanan iki hissəli dramın rejissoru xalq artisti Mərahim Fərzəlibəyovdur.

Fuad Poladov, Şah Qacar obrazında - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
"Şah Qacar" nümayiş olundu

Səhnə əsərinin quruluşçu rəssamı əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, musiqi tərtibatçısı Həmid Kazımzadədir. Tamaşada əsas rolları xalq artistləri Ramiz Məlik, Laləzar Mustafayeva, Hacı İsmayılov, əməkdar artistlər Kazım Abdullayev, Əjdər Həmidov, Elşən Cəbrayılov, Vəfa Zeynalova, aktyor Elçin Əfəndi ifa edib.

Qeyd edək ki, səhnə əsəri ilk dəfə teatrda 2003-cü ildə rejissor, xalq artisti Ramiz Həsənoğlunun quruluşunda "Brüsseldən məktublar" adı ilə səhnəyə qoyulub. Onu da xatırladaq ki, çağdaş günümüzlə səsləşən tamaşada M.F.Axundzadənin obrazını ilk dəfə xalq artisti Əliabbas Qədirov, daha sonra xalq artisti İlham Əsgərov canlandırıb.

Xəbər lenti
0