Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Gəncləri zərərli oyunlardan uzaqlaşdıracaq kitab işıq üzü gördü

© Photo : Park Bulvarın mətbuat xidmətiAytac Hicran qızının "Milli oyunlar" adlı kitabı nəşr olunub
Aytac Hicran qızının Milli oyunlar adlı kitabı nəşr olunub - Sputnik Azərbaycan
Abunə olmaq
Bakıda "Milli oyunlar" kitabının təqdimatı olub

BAKI, 21 noy — Sputnik. Park Bulvarda məktəbliləri sevindirəcək yeni bir layihənin təqdimatı keçirilib. Park Bulvarın mətbuat xidmətindən Sputnik-ə verilən məlumata görə, AMEA Folklor İnstitutunun elmi işçisi, Laçın rayonu, M.Səfərov adına Qozlu kənd tam orta məktəbinin müəllimi Abbasova Aytac Hicran qızının "Milli oyunlar" adlı kitabı nəşr olunub.

© Photo : Park Bulvarın mətbuat xidmətiMilli oyunlarımızın səhnələşdirilməsi
Milli oyunlarımızın səhnələşdirilməsi - Sputnik Azərbaycan
Milli oyunlarımızın səhnələşdirilməsi

Layihənin yekununu, Park Bulvar AVM Tusi Bohm Planetariumda layihə çərçivəsində seçilmiş ən yaxşı səhnələşdirilmiş 5 oyunun nümayişi və "Milli oyunlar" kitabının təqdimatı təşkil edilib. Qeyd edək ki, layihənin gələcəkdə digər məktəblərdədə həyata keçirilməsi nəzərdə tutulur.

Xatırladaq ki, Tarixən Azərbaycan xalq oyunları xalqın yaşam tərzini, təfəkkürünü, adət-ənənəsinin özündə yaşatmaqla yanaşı, eyni zamanda uşaqlarda fiziki, zehni gücün artırılmasında, vaxtlarının səmərəlli keçməsində böyük əhəmiyyətə malikdir. Təəssüflər olsun ki, vaxt keçdikcə bu oyunlara maraq get-gedə azalır. Elmin, texnologiyanın inkişafı az yaşlı uşaqlarda oyunlara marağının azalmasına səbəb olub. Bu gün uşaqların böyük bir kütləsi kompyuter və yaxud da mobil telefonlarda animasiyon oyunlardan asılı vəziyyətdədir. Layihənin məqsədi də məhz uşaqları xalq oyunlarına maraq oyatmaq, və onları zərərli oyunlardan uzaqlaşdırmaqdır.

Xəbər lenti
0