12:41 19 Yanvar 2017
Canlı yayım
Bülənt Ərsoy

Bülənt Ərsoydan niyə qorxurlar?

© Foto: trendsac.com
MƏDƏNİYYƏT
Qısa URL
Orxan BAHADIRSOY
142550

Yaxud bir insan sırf cinsiyyət dəyişdirdiyinə görə niyə özündən bu qədər razı olsun ki?

BAKI, 10 noy — Sputnik. Son günlər Bülənt Ərsoyun "Səfam olsun" mahnısını durmadan dinləyirəm. Əsəb, stres, yorğunluq və bu kimi şeylərdən yaxa qurtarmağın ən asan yolunu tapmışam desəm, yanılmaram.

İnsanlıq halıdır, yəqin ki, sizdə də olur. Belə vəziyyətlərdə bu mahnını dinləmək insanı inanılmaz xoşbəxt edir. Sözgəlişi yazdım bunu. Mövzu başqadır…

Bülənt Ərsoyun mahnısını dinləyərkən videoportalın mənə önərdiyi başqa videoları da izlədim. İzlədikcə daha çox marağıma səbəb oldu. Nəhayətsiz eqosu, özündənrazılığı, bəzən ətrafındakı insanların üzərinə hakim kəsilməsi, çox insanın da ondan çəkinib (ya da hörmət edib) sükutla tabe olması diqqətimi çəkdi. Nə idi bu insanı bu qədər mühüm qılan?

Adını internetdə axtardım, vikipediya vasitəsi ilə haqqında daha çox öyrənmək istədim. Bülənt Ərsoy haqqında azərbaycanca yazılmış iki abzaslıq məqalənin tamamı onun cinsiyyət dəyişdirməsindən bəhs edirdi.

İnana bilməzdim. Özündən bu qədər razı olan, hamıya çəkinmədən əmr edə bilən və hamının da səssiz-səmirsiz tabe olduğu insanın bütün həyat və yaradıcılığı yalnız cinsiyyət dəyişdirməkdən ibarət ola bilməzdi. Axı bir insan sırf cinsiyyət dəyişdirdiyinə görə niyə özündən bu qədər razı olsun ki? Niyə sırf buna görə onun hər sözünü əmr kimi qəbul etsinlər ki? Problem mənim düşüncə tərzimdə idi bəlkə?

Əlbəttə, məqaləni türkcə də oxudum və məsələ mənə aydın oldu. Problem nə məndə idi, nə də Bülənt Ərsoyda. Problem vikipediyadakı məqalənin müəllifində, onun düşüncə tərzində idi. Əvvəlcə konservatoriyada təhsil alan, ardınca filologiya üzrə ixtisaslaşan, "London Palladium"da və "Paris Olympia"da konsert verən ilk türk sənətçisi kimi tarixə düşən, səsi Yaponiyanın səs laboratoriyasında test edilib "yüzdə yüz qüsursuz" adlandırılan, "Beynəlxalq Montu Merid Musiqi Doktoru" mükafatına layiq görülən və bütün Türkiyə xalqı tərəfindən "diva", "kraliça" kimi sevgi ünvanlarına yiyələnən insan haqqında, sadəcə, cinsiyyət dəyişimindən bəhs etmək nə deməkdir? Bu hansı düşüncə tərzidir? Bu necə sənət anlayışıdır? Sənətə qarşı bu qədər barbar, səfeh mövqe tutmaq necə mümkündür?

Heç şübhəsiz, Bülənt Ərsoy bütün türk dünyasının yaşayan ən böyük səslərindən biri, şəxsən mənə görə ən birincisidir. Özü öz haqqında danışarkən "mən musiqini dərindən bilirəm, mənə yasaq qoymaq sənətə yasaq qoymaqdır!" demişdi.

Salvador Dali
© Foto: eskipaper.com

Bəli, özünü ifadə edə bilməyi ustalıqla bacaran və öz dəyərini bilən insana eqoist donu geyindirdiyim üçün mən də özümü möhkəm töhmət etmişdim. O, bütün eqoistlikləri, bütün hegemonluqları haqq edir. Çünki onun nəhəng sənəti var, qarşısında ayaqüstə durub saatlarla alqışlanması gərəkən geniş, müxtəlif çalarlı səsi və dərin musiqi bilgisi var. Elə buna görə də bütün sənət mühiti ona ehtiramla yanaşır.

İnsanlar arasında yanlış bir düşüncə də var. Çoxları düşünürlər ki, Türkiyənin sənət adamları Bülənt Ərsoyun pulundan və arxasında duran adamlardan çəkinirlər. Amma Bülənt Ərsoyda olan pul və əhatə dairəsi digər sənət adamlarında da var. Onların sənətkarları bizimkilər kimi qəpik-quruşa möhtac yaşamırlar. Yəni o mühit bizim mühitlə səhv salınmasın. Bülənt Ərsoydan çəkinmələri, sadəcə və sadəcə onun ölçüyəgəlməz dərəcədə nəhəng sənətinə görədir.

Babi Bədəlovun rəsm əsəri
© Foto: PUBLIC DOMAIN
Babi Bədəlovun rəsm əsəri

Söhbətdən kənara çıxmaq kimi olmasın, amma Bülənt Ərsoy haqqında yazılan vikipediya məqaləsi və Azərbaycan mühitində xanım sənətkar haqqında olan düşüncə tərzi mənə başqa bir mühüm problemimizi xatırlatdı. İllər öncə Azərbaycanı tərk edən, hal-hazırda Fransada yaşayan, dünyanın əksər ölkələrində sərgiləri keçirilən, Avropanın məşhur "Manifesto" festivalına qatılan yeganə qafqazlı olan, rəssamlığın avanqard janrı üzrə yaşayan ən böyük şəxsiyyətlərindən biri və poetik rəsmin — rəsmi şeirlərlə bəzəmək bacarığının ən görkəmli nümayəndəsi olan Babi Bədəlov haqqında ən son hansı xəbəri oxumusunuz, verilişi izləmisiz?

Babi Bədəlovun rəsm əsəri
© Foto: PUBLIC DOMAIN
Babi Bədəlovun rəsm əsəri

Yəqin ki, Günel Mövludun ondan aldığı müsahibədən başqa bu yaşayan ən böyük rəssamımız haqqında heç bir məlumatınız yoxdur. Çünki o, özünün şəxsi həyatına, maraq dairəsinə, cinsi kimliyinə, əqidəsinə görə bizim mediamız tərəfindən "qara siyahı"ya salınıb. Buna rəğmən, Babi Bədəlov bu günün özündə də dünyanın hər yerində Azərbaycan rəssamlığının ən böyük imzası kimi tanınır və mən şəxsən fəxrlə deyə bilərəm ki, bu görkəmli şəxsiyyət mənim çox yaxın qohumumdur.

Babi Bədəlovun rəsm əsəri
© Foto: PUBLIC DOMAIN
Babi Bədəlovun rəsm əsəri

Qorxuram ki, gələcək nəsillər bugünkü mühitin məlum düşüncə tərzindən utana, ümumiyyətlə, onlar belə bir cəmiyyətin nümayəndəsi olmağı özlərinə xəcalət hesab edələr. Əlbəttə, yarpaq dolması bizim milli-mənəvi-mədəni sərvətimiz deyilsə, bu xəcalət hissi qaçılmazdır.

Əlaqədar

Onlar niyə xoşbəxt ola bilmədilər?
Öz dahilərinə qənim kəsilənlər
Taksi sürən, al-ver edən, suvaq vuran ziyalılar
Eyni ayda vəfat edən ana və oğlu - iki musiqi nəhəngi
Şairlə müğənninin təhqiri arasındakı fərq
Teqlər:
"Səfam olsun", Bülənt Ərsoy, sənətkar, səhnə, sənət, müğənni, səs

Əsas mövzular