Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Xalqın kollektiv yaddaşının qorunması – ümumi gələcəyə addım

© Photo : C.BabayevaAzərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru Alla Bayramova, arxiv şəkli
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru Alla Bayramova, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
"Azərbaycanın audiovizual irsi və onun təbliği işi" mövzusunda mətbuat-konfransı keçiriləcək

BAKI, 25 okt — Sputnik. Azərbaycanda zəngin audiovizual irsin qorunması və təbliği problemi necə həll olunur? Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru Alla Bayramova bu barədə danışacaq. 26 oktyabr, saat 12:00-da "Azərbaycanın audiovizual irsi və onun təbliği işi" mövzusunda mətbuat-konfransı keçiriləcək.

Oktyabrın 27-si YUNESKO tərəfindən Ümumdünya Audiovizual İrs Günü kimi qeyd olunur. Azərbaycanın audiovizual irsi Azərbaycan xalqının kollektiv yaddaşının qorunub saxlanılması və onun gələcək nəsillərə ötürülməsinin təmin edilməsi üçün nəzərdə tutulub. Cəmiyyət dialoq və qarşılıqlı anlaşma əsasında ortaq bir gələcək yaratmaq üçün öz keçmişini bilməlidir. Odur ki, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru Alla Bayramova Azərbaycanda zəngin audiovizual irsin qorunması və təbliği probleminin necə həll olunduğundan danışacaq.

Əlaqələr:
Telefonlar: 404-13-84/85
E-mail: i.velizade@rian.ru
Mətbuat Sputnik Azərbaycanın Multimedia Mətbuat Mərkəzində, Mətbuat prospekti, 529-ci məhəllə, ev 23 M (4-cü mərtəbə) ünvanında (Beynəlxalq Mətbuat Mərkəzinin binası) keçiriləcək.

Xəbər lenti
0