Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Azərbaycan rəqsləri Afrika qitəsinin ən böyük yarışmasında

© Photo : azembassy.org.za“Yurd” ansamblı
“Yurd” ansamblı - Sputnik Azərbaycan
Abunə olmaq
Cənubi Afrika Respublikasında keçirilən "Dance Star" Beynəlxalq Rəqs Müsabiqəsinin seçim mərhələsində yerli "Yurd" ansamblı Azərbaycan rəqslərini təqdim edib

BAKI, 28 sen — Sputnik. 21-25 sentyabr 2016-cı il tarixində Cənubi Afrika Respublikasının (CAR) Pretoriya şəhərində "Dance Star" rəqs müsabiqəsinin dünya turunun Cənubi Afrika üzrə seçim mərhələsi keçirilib. Bu barədə Sputnik-ə CAR-dakı Azərbaycan səfirliyindən məlumat verilib.

Rəqs üzrə Azərbaycan çempionatında altı ölkə iştirak edəcək - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycandilli oğlan rusdilli qızla hansı rəqsi oynaya bilər?

Bildirilir ki, Afrika qitəsinin ən böyük yarışması hesab olunan müsabiqənin seçim mərhələsində səfirliyimizin nəzdində və Yohannesburq şəhərində yaşayan azərbaycanlı xareoqraf Azər Mirzəyevin bədii rəhbərliyi altında fəaliyyət göstərən "Yurd" rəqs ansamblı bir neçə Azərbaycan milli və klassik rəqsləri ilə təmsil olunub. Cənubi afrikalı solistlərin "Lalələr" mahnısının sədaları altında ifa etdiyi rəqs nömrəsi münsiflər tərəfindən birinci yerə layiq görülüb və 2017-ci ildə Xorvatiyada təşkil olunacaq final mərhələsinə vəsiqə qazanıb. Müsabiqədə həmçinin "Min bir gecə" və "Yeddi gözəl" baletlərindən ifa edilmiş parçalar müxtəlif nominasiyalar üzrə mükafatçılar sırasına düşüb.

© Photo : azembassy.org.za“Yurd” ansamblı
“Yurd” ansamblı - Sputnik Azərbaycan
1/3
“Yurd” ansamblı
© Photo : azembassy.org.za“Yurd” ansamblı
“Yurd” ansamblı - Sputnik Azərbaycan
2/3
“Yurd” ansamblı
© Photo : azembassy.org.za“Yurd” ansamblı
“Yurd” ansamblı - Sputnik Azərbaycan
3/3
“Yurd” ansamblı
1/3
“Yurd” ansamblı
2/3
“Yurd” ansamblı
3/3
“Yurd” ansamblı

Qeyd edək ki, "Dance Star" Beynəlxalq Rəqs Müsabiqəsinin 2017-ci ildə keçiriləcək final mərhələsində 55 mindən çox rəqqas 50-dən çox dövləti təmsil edəcək və növbəti dəfə də milli rəqslərimiz "Yurd" ansamblı tərəfindən müsabiqədə uğurla təbliğ olunacaq.

Xəbər lenti
0