Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

18 sentyabr: Üzeyir günü

© Photo : PUBLIC DOMAINВыдающийся азербайджанский композитор Узеир Гаджибеков
Выдающийся азербайджанский композитор Узеир Гаджибеков - Sputnik Azərbaycan
Abunə olmaq
Dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyovun anadan olmasından 131 il ötür

18 sentyabr böyük Azərbaycan bəstəkarı və mütəfəkkiri Üzeyir Hacıbəyovun anadan olduğu gün Azərbaycanda “Üzeyir musiqi günü” kimi qeyd olunur.  

Üzeyir Hacıbəyov 1885-ildə Qarabağda dünyaya göz açıb və bəsətəkarın uşaqlıq, yeniyetməlik illəri Azərbaycanın dilbər güşısi Şuşada keçib. Şuşanın mədəni mühiti gələcək bəstəkarın formalaşmasında mühüm rol oynayıb. 

O, Qori Müəllimlər Seminariyasında təhsil alarkən Rusiya və dünya mədəniyyətinin qabaqcıl nümunələri ilə yaxından tanış olmuşdur. Ü.Hacıbəyov burada Avropa musiqi klassiklərinin əsərlərini mənimsəmiş, skripka və baritonda çalmağı öyrənmiş, Azərbaycanın xalq mahnı nümunələrini nota köçürmüşdür.

Müəllimlik və jurnalistikayla məşğul olan Hacıbəyov rus və türk dillərində lüğətlər hazırlamış, Nikolay Qoqolun «Şinel» povestini Azərbaycan dilinə tərcümə etmişdir. 1911-ci ildə Üzeyir Hacıbəyov musiqi təhsili almaq üçün Moskvaya getmiş, Moskva filarmonik cəmiyyəti nəzdində İlyinskinin xüsusi musiqi kursunda təhsil almışdır.

Hacıbəyovun 1908-ci il yanvarın 12-də Bakıda səhnəyə qoyulmuş "Leyli və Məcnun" operasını yazmaqla bütün müsəlman Şərqində opera sənətinin əsası qoyulmuşdur.

1937-ci il aprelin 30-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında ilk dəfə tamaşaya qoyulan "Koroğlu" operası Hacıbəyov yaradıcılığının zirvəsini təşkil edir. Azərbacan opera sənətinin incilərindən sayılan bu operada Üzeyir bəy ilk dəfə olaraq klassik opera formasına riayət edərək bitkin ariyalar, kütləvi xor səhnələri, müxtəlif ansambllar, balet nömrələri, reçitativlər yaratmışdır.

Üzeyr Hacıbəyov SSRİ xalq artisti (1938), Stalin Mükafatı laureatı (1941), Azərbaycan Bəstəkarlar İttifaqının sədri (1938-1948), Azərbaycan Dövlət Konservatoriyasının rektoru, Azərbaycan Elmlər Akademiyasının akademiki və İncəsənət İnstitutunun direktoru olub. 

O, həm Azərbaycan xalq Cümhuriyyətinin, həm də sovet Azərbaycanının himnlərinin müsiqisini bəstələyib. 

Ümummilli lider Heydər Əliyevin sərəncamı ilə hər il 18 sentyabr Üzeyir musiqi günü kimi qeyd olunur.

Xəbər lenti
0