Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Rusiyadan qonaqlar var

© Photo : ADGTT mətbuat xidmətiAzərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrına Rusiyadan qonaqlar gəlib
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrına Rusiyadan qonaqlar gəlib - Sputnik Azərbaycan
Abunə olmaq
Bakının gəzməli, görməli yerləri ilə yaxından tanış olmaq imkanı əldə edəcək qonaqlar, həmçinin gələcək yaradıcılıq planları haqqında da müzakirələr aparacaqlar

BAKI, 4 iyul — Sputnik. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrına Rusiyadan qonaqlar təşrif buyurublar. Bu barədə Sputnik-ə Gənc Tamaşaçılar Teatrının mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, Rusiya Federasiyası Kalmık Milli Dram Teatrının baş direktoru, Kalmıkiya Respublikasının Əməkdar Mədəniyyət İşçisi, Azərbaycan Respublikasının Fəxri Mədəniyyət işçisi Qalina Borisovna Şurayeva və Krasnoyarsk vilayətinin Sosial siyasət naziri Qalina Mixaylovna Kovalyeva bir neçə gün ərzində şəhərimizin qonaqları olacaqlar. Bakının gəzməli, görməli yerləri ilə daha yaxından tanış olmaq imkanı əldə edəcək qonaqlar həmçinin, gələcək yaradıcılıq planları haqqında müzakirələr aparacaqlar.

Sufi rəqsləri. Arxiv şəkli - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Onlara əzab verən komplekslərindən azad oldular

Ötən ay premyerası həyata keçirilmiş "Qohumlar" tamaşası Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı və B. Basanqov adına Kalmıkiya Milli Dram Teatrı rəhbərlərinin imzaladığı qarşılıqlı yaradıcılıq müqaviləsinin müvafiq bəndlərinə uyğun olaraq hazırlanıb. Qalina Şurayeva layihənin Kalmıkiya Teatrı tərəfindən, həmsədri olaraq hazırlanan yeni tamaşaya baxmaq imkanı əldə edəcək.

Belə ki, Kalmık Milli Dram Teatrının bədii rəhbəri, RF və Kalmıkiya Respublikasının Əməkdar İncəsənət Xadimi Boris Mandjiyevin quruluşunda hazırlanan uğurlu səhnə əsəri iyul ayının 9-da saat 19.00-da qonaqlarımıza təqdim olunacaq.

İki hissəli müziklda Əməkdar Artistlər Şövqi Hüseynov, Naibə Allahverdiyeva, Qurban İsmayılov, Şəfəq Əliyeva, Nəsibə Eldarova, Atabala Səfərov, aktyorlar Mehriban Hüseynova, Könül Əbilova, Sevinc Mehrəliyeva, Şəbnəm Hüseynova, Zümrüd Quliyeva, Səbinə Məmmədova, Ramil Məmmədov, Vahid Orucoğlu, Elnur Hüseynov, İlham Əsədov, Zemfira Əbdülsəmədova, Sona Babayeva, Məsumə Babayeva, Məhərrəm Musayev, Rəzzaq Məmmədov, Ələsgər Qurbanəliyev, Bəxtiyar Kərimov, Vüqar Məmmədəliyev, Elnur Əliyev, Elgün Yəhyayev, Bəhram Həsənov, Eşqin Quliyev, Aydın Dəmirov, Ceyhun Məmmədov və Yusif Dadaşov iştirak edəcəklər.

Xəbər lenti
0