Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

"Qürbətdən gələn məktublar" Qaxa çatdı

© Sputnik / Murad OrujovAzdrama
Azdrama - Sputnik Azərbaycan
Abunə olmaq
İki hissəli dramın rejissoru xalq artisti Mərahim Fərzəlibəyovdur. Səhnə əsərinin quruluşçu rəssamı əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, musiqi tərtibatçısı Həmid Kazımzadədir

BAKI, 24 iyun — Spurtnik. Akademik Milli Dram Teatrının kollektivi Qaxda qastrol tamaşası ilə çıxış edib. Teatrın mətbuat xidmətindən Sputnik-ə verilən məlumata görə, yaradıcı heyət Qax rayon mədəniyyət evində "Qürbətdən gələn məktublar" tamaşasını nümayiş etdirib.

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Balakənlilər üçün "Qürbətdən gələn məktublar"

Həsən Həsənovun eyniadlı əsəri əsasında hazırlanan iki hissəli dramın rejissoru xalq artisti Mərahim Fərzəlibəyovdur. Səhnə əsərinin quruluşçu rəssamı əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, musiqi tərtibatçısı Həmid Kazımzadədir. Tamaşada əsas rolları xalq artistləri Ramiz Məlik, Laləzar Mustafayeva, Hacı İsmayılov, əməkdar artistlər Kazım Abdullayev, Əjdər Həmidov, Elşən Cəbrayılov, Vəfa Zeynalova, Elçin Əfəndi ifa edib.

Səhnə əsəri ilk dəfə teatrda 2003-cü ildə rejissor Ramiz Həsənoğlunun quruluşunda "Brüsseldən məktublar" adı ilə səhnəyə qoyulub.
Çağdaş günümüzlə səsləşən tamaşada M.F.Axundzadənin obrazını ilk dəfə xalq artisti Əliabbas Qədirov, daha sonra xalq artisti İlham Əsgərov canlandırıb.

Qeyd edək ki, qastrol səfərlərinin təşkilində məqsəd Akademik Milli Dram Teatrı ilə bölgələrdə yaşayan tamaşaçıların əlaqələrinin daimiliyini təmin etmək, teatrın tamaşalarını bölgələrdə nümayiş etdirmək, regionlarda yaşayan əhalinin asudə vaxtlarını səmərəli təşkil etməkdən ibarətdir.

Xəbər lenti
0