Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Maestronun xatirəsi anıldı

© Photo : PUBLIC DOMAINProfessor Bülbül
Professor Bülbül - Sputnik Azərbaycan
Abunə olmaq
Bülbülün anadan olmasının 119-cu ildönümü ilə bağlı anım tədbiri keçirilib

BAKI, 22 iyun — Sputnik. Azərbaycan professional vokal sənətinin banisi, SSRİ Xalq artisti, Stalin mükafatı laureatı, professor, ictimai xadim Bülbülün anadan olmasının 119-cu ildönümü ilə bağlı Bülbülün Memorial Muzeyində anım tədbiri keçirilib. Sputnik xəbər verir ki, tədbiri açılış sözü ilə açaraq iştirakçıları salamlayan muzeyin direktoru Fərqanə Cabbarova, dahi Bülbülün Azərbaycan musiqisinin inkişafındakı xidmətlərini qeyd edib. Muzeyin direktoru dahi Bülbülün xatirəsinin əbədiləşdirilməsində, muzeyin yaradılmasında onun xanımı və zəngin irsinin əvəzsiz tədqiqatçısı, uzun illər muzeyə rəhbərlik etmiş Adelaida Məmmədovanın fədakar xidmətlərindən bəhs edib.

Ceyhun Mirzəyev Fəryad filmində - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Görkəmli aktyorun xatirəsi yad edildi

Tədbirdə Şuşa Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Zahid Abbasov, Bakı Musiqi Akamediyasının professoru, bəstəkar Sevda İbrahimova, M.S.Ordubadinin xatirə muzeyinin elmi işçisi İradə Vəliyeva, "Aytam" Uşaqların Mədəni Maarifləndirməsi İctimai Birliyinin sədri Aygün Zamanlı çıxış ediblər. Bülbül adına orta ixtisas musiqi məktəbinin şagirdləri Asəf Zeynallının "Ölkəm" romansını, Fikrət Əmirovun "Muğam poeması"nı, Şaroyev adına 35 № li musiqi məktəbinin şagirdi Ü.Hacıbəyovun "Sevgili canan" romansını ifa ediblər.

Tədbirin sonunda muzeyin arxivində saxlanılan materiallar əsasında hazırlanmış görkəmli mədəniyyət və incəsənət xadimlərinin Bülbül haqqında bölüşdüyü xatirələrdən ibarət video rolik nümayiş olunub.

Xəbər lenti
0