Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

"Yad planetdən gələn adam" ölüb

© Photo : hirek.maDünyanın ən balaca boylu aktyoru kimi tanınan Mixay Mesaroş
Dünyanın ən balaca boylu aktyoru kimi tanınan Mixay Mesaroş - Sputnik Azərbaycan
Abunə olmaq
O, dünya şöhrətli müğənni Maykl Ceksonun yaxın dostlarından biri olub.

BAKI, 14 iyun-Sputnik. Dünyanın ən balaca boylu aktyoru kimi tanınan Mixay Mesaroş vəfat edib.

Sputnik TMZ-yə istinadla xəbər verir ki, Mixu ləqəbini daşıyan macar əsilli aktyor 76 yaşında dünyasını dəyişib.

Mixay Mesaroş 1939-cu ildə Macarıstanda anadan olub. O, uzun illər sirkdə işləyib.

Boyu cəmi 84 sm olan Mesaroş çəkildiyi "Alf" serialında canlandırdığı "yad planetdən gələn adam" rolu ilə tamaşaçılar arasında məşhurlaşıb.

"Alfa" serialı 1986-cı ildən 1990-cı ilə qədər ABŞ-da çox məşhur olub. M.Mesaroş bu serialda yaratdığı obrazla tamaşaçıların sevimlisinə çevrilib. O, dünya şöhrətli müğənni Maykl Ceksonun yaxın dostlarından biri olub.

Xəbər lenti
0